Baş naziri Novruz Məmmədov jurnalistləri təbrik etdi: "İnanıram ki, bundan sonra da əzmlə davam edəcəksiz"

21-07-2018 [22:49]
Azərbaycanın Baş naziri Novruz Məmmədov 22 iyul - Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib.

Mia.az xəbər verir ki, həmin təbrik məktubunda deyilir:

"Milli Mətbuat Günü münasibəti ilə KİV nümayəndələrini – jurnalistlərimizi təbrik edir, onlara bu çətin, şərəfli və müqəddəs fəaliyyətlərində uğurlar arzulayıram. 

İnanıram ki, KİV nümayəndələri mübarizələrini və qarşılarında duran vəzifəni müstəqilliyimizin, dövlətçiliyimizin və qazandığımız nailiyyətlərin qorunması, daha da inkişafı və möhkəmləndirilməsi naminə bundan sonra da əzmlə davam etdirəcəklər".


SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə