"OPEC+ platforması əsasında yeni təşkilat fəaliyyətə başlaya bilər" - Rusiyanın energetika naziri

img

20-07-2018 [17:48]


Gələn il yanvarın 1-dən OPEC+ platforması əsasında yeni təşkilat fəaliyyətə başlaya bilər. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. 

Onun sözlərinə görə, təşkilat neft hasilatının tənzimlənməsi, ehtiyac olduqda onun həcminin azaldılması funksiyalarına malik olacaq. 

A.Novak əlavə edib ki, yeni təşkilatın mexanizmləri, mümkün adı və baş qərargahının yeri OPEC+ ölkələrinin energetika nazirlərinin növbəti görüşündə müzakirə olunacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR