Partiya sədrindən media nümayəndələrinə təbrik

img

20-07-2018 [13:09]


Müasir Müsavat Partiyasının sədri  Hafiz Hacıyev Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.

Partiyanın mətbuat xidmətindən daxil olan təbrik mətnində qeyd olunub ki, Partiya sədri və üzvləri Azərbaycan milli mətbuatının yaranmasının il dönümü münasibətiylə bütün qələm əhlini təbrik edir, onlara uğurlar arzulayırlar. 

"Bütün jurnalistlər bizim dostumuzdur. İstər bizim partiya ilə əməkdaşlıq edən, istər seçki dönəmində bizə dəstək verən, istərsə də, bizim əleyhimizə yazan jurnalistlər olsun, hər birinin bayram münasibətiylə təbrik edirik. Jurnalistlər ən çətin peşənin sahibləridirlər. Hazırkı vəziyyətdə ədalətsizlikdən yazmaq, haqq sözü deyənlərin fikirlərini qələmə almaq asan məsələ deyil. Nə yaxşı ki, Azərbaycanda belə qələm sahibləri var. 

İnanırıq ki, bundan sonra da jurnalistlərimiz obyektiv və prinsipial olacaq, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutacaq və mətbuatımız müasir cəmiyyət quruculuğunda, milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik tərbiyəsi, eləcə də Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə layiqli töhfələrini verəcəklər. 

Biz, jurnalistləri özümüzə dost, yol yoldaşı bilmişik. Odur ki, əziz jurnalistlər, Sizi bir daha milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə təbrik edir, çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR