Şriftin ölçüsü / 166 dəfə oxunub

Naxçıvan Mədəniyyət Nazirliyinin strukturu təsdiqləndi: 47 işçi olacaq

19 Iyul 2018 [18:34]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanla Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə təsdiq edilib.

Bundan başqa, Naxçıvan Mədəniyyət Nazirliyinin strukturu da təsdiqlənib.

Naxçıvan Mədəniyyət Nazirliyinin işçilərinin say həddi 47 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 24 ştat vahidi, rayon (şəhər) mədəniyyət şöbələri üzrə 23 ştat vahidi müəyyən edilib/Report.


SON XƏBƏRLƏR