İlham Əliyev İtaliya prezidentini “Heydər Əliyev” ordeni ilə, Laura Mattarellanı isə “Şöhrət”lə təltif etdi

img

18-07-2018 [22:27]


Prezident İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellanın təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə İtaliya Respublikasının Prezidenti Sercio Mattarella "Heydər Əliyev” ordeni ilə təltif edilib.

***

Prezidentin digər sərəncamı ilə isə Laura Mattarella "Şöhrət” ordeni ilə təltif edilib.

L.Mattarella Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə təltif olunub.

***

Prezidentin digər sərəncamı ilə İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi "Dostluq” ordeni ilə təltif edilib.

Enzo Moavero Milanesi Azərbaycan Respublikasının İtaliya Respublikası ilə dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə təltif olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq