Məglubedilməz virusa “rəngarəng” zərbə - İİV əleyhinə yeni peyvənd 2600 qadına vurulacaq

img

18-07-2018 [21:58]


Hər il dünyada onlarla laboratoriya İİV (HİV, AİDS) əleyhinə peyvəndin kəşfi üzərində baş sındırır, bu araşdırmalara külli miqdarda vəsaitin sərf olundugu deməyə ehtiyac yoxdu. Təkcə bu sınaqlara cəlb edilən insan resurslarının - könüllü xəstələrin sayını düşünmək sadəcə, qan qondurur. Amma bu qədər pulun və insan kütləsinin cəlb olundugu sınaqların nəticəsiz qaldıgı da bir o qədər düşündürücüdür. 

Əslində İİV-ə yoluxanların və onların problemlərini həll etməklə məşgul olan ictimai təşkilatların peyvəndlə baglı aparılan tibbi araşdırmalara inamı çoxdan gömülüb. Bu o zaman baş verdi ki, antiretrovirus preparatlar (ARV) səhiyyə bazarına girdi və xəstələr ömürlük nəzərdə tutulan dərmanları ovuc-ovuc içməyə başladılar. Bu həm də o zamana təsadüf etdi ki, peyvəndin axtarışlarına sərf olunan milyonların ölkələrin səhiyyə büdcəsinə "xeyri”ni hesablamaga başladılar. 

Az qala hər ölkədə "SPİD”in dərmanını "axtaran” yeraltı bunlerlər vardı o zamanlarda. Sinqapurdan tutmuş, qonşu Rusiyaya qədər. "Qonşu” demək istəmədiyimiz ermənilərin belə bir arada "peyvənd şou”su çıxmışdı: xatırlayanlar var. Bütün bunlar o nöqtədə dayandı ki, xəstəlikdən əldən düşən insanlar dərmanlara sarıldılar: bu, bir yaşamaq şansı idi. İİV-li insanlar əmin idilər: "Peyvənd tapılıb, ya da istəsələr, taparlar, amma bu boyda dərmanı kim içəcək?”. Haqlı söz idi.  

Amma dərman biznesinin çıtır-çıtır işlədiyi bu ortamda alimlər niyə zaman-zaman peyvənd mövzusuna qayıdaraq, "yaramızı təzələyir”, mövzunu pas atmaga qoymayaraq yeni açıqlamalarla gündəmi zəbt edirlər? Artıq bir qrup canfəşanlıq göstərən tədqiqatçının iyul ayının sonunda  Amsterdamda keçiriləcək dünyaca əhəmiyyətli AİDS konfransında "fırtına” yaratmaq istədikləri duyulur.  Düzdü, onların indiki arqumentləri bir az diqqəti cəlb edir, pafoslu vədlər yoxdur. 

Peyvənd sınaqlarına cəlb edilmişlərin də sayı aglabatan görünür: cəmi 393 nəfər (əvvəlki şoularda "5000 nəfər arasında sınaq etmişik”deyənlərdən daha real görünür). Üstəlik, yeni peyvəndlə baglı bəzi ipucları da insanlarda inam yarada bilər. Məsələn, İİV-in çoxştammlı (mutasiya edən) olması səbəbindən peyvəndin ugursuz oldugunu biz bilirdik. İndiki açıqlamalarda məhz bir neçə ştammın adının çəkilməsi və sınaqların da bu fokusa yönəldilməsi təəccübləndirməyə bilməz.

İndi baxaq, görək, əslində nə baş verib, alimlərin əlində nə var və İİV-li insanlar yaxın 5 il üçün nəyə ümid edə bilər? 

İİV-in peyvəndinin axtarışı üzrə beynəlxalq klinik tədqiqatların nəticəsinə görə, bu peyvənd insanları (söhbət təkcə xəstələrdən getmir) virusun çoxsaylı ştammından qoruya biləcək. Çünki bizə yalnız indiki xəstələri tam sagaldan dərman lazım deyil. Bu peyvənd saglam insanı bütün ömrü boyu vurusdan qorumalıdır, yəni, virus qana keçsə də, immun sisteminə daxil olmamalıdır. 

Məlumata görə, peyvənd sınaqda iştirak edən 393 nəfərin hər birində immun sisteminin gözlənilən reaksiyasını yaradıb.  2015-2016-cı illər ərzində keçirilən tədqiqatın nəticələri 2017-ci ilin sonunda yekunlaşdırılıb, sistemləşdirilib və bu ilin iyul ayının sonunda alimlər onu Amsterdam konfransında elan etməyə hazırlaşır. Amma nəticələrin bəzi detalları ictimaiyyətə indidən məlumdur.

Maraqlıdır ki, bu dəfə peyvənd axtarışlarına lisenziyanı Johnson & Johnson şirkəti alıb (Janssen Pharmaceutical Companies-in simasında). Bu şirkət indiyə qədər İİV-lə baglı heç bir tədqiqata maraq göstərmədiyi halda birdən-birə peyvəndin axtarışına qoşulması ilə diqqəti cəlb edir. Hələ bir neçə il əvvəl onlar ARV preparatların daha ucuz satışı ilə baglı ölkələrə öz dəstəyini təklif etmişdilər. Sonradan şirkət peyvənd lisenziyasına baş vurdu.  Əgər hazırda onların ortaya çıxardıgı peyvəndi dünya səhiyyəsi qəbul etsə, Johnson & Johnson özünə yeni tarix yazacaq.

Peyvəndin kəşfinə dair sənədlərdə göstərilir ki, alimlər virusun demək olar ki, bütün ştammlarını analiz ediblər. Yeni preparat bəzi ştammlara qarşı immunitet yarada bilməsə də, tədqiqatın sonrakı mərhələsində bu yarımçıq hissələr də öz həllini tapacaq. Bütün hallarda bu peyvənd İİV-dən unuversal müdafiə sistemi hesab olunacaq. İndiyə qədər virus mutasiya bacarıgı ilə insanın immmun sisteminin müqavimətindən və hücumundan yayına bilirdisə, peyvənd onun bütün ştammlarını blokadaya almaq gücünə malik olacaq. Şərti olaraq "mozaikalı”, yəni "rəngarəng peyvənd” adını alan bu preparat idealda virusa qarşı universal silah kimi izah edilir.

O da çox maraqlıdır ki, peyvənd həmçinin 18-50 yaş arası İİV virusu olmayan saglam könüllülərdə də müxtəlif variantlarla sınaqdan keçirilib. Nəticə təsiri və qaneedici olub: saglam insanlara peyvənddən sonra virus yeridilib. Lakin tədqiqatın sonuna qədər onlarda virus aşkar edilməyib, yəni, virusun immun sisteminə sintezi baş tutmayıb. Halbuki, əvvəlki təqdiqatlarda virusla təmasdan 72 saat sonra immun sistemini artıq yoluxurdu.

 Peyvənd sınaqlarında  iştirak edənlər əsasən, ABŞ, Avropa, Ruanda, Uqanda, CAR və Tailand vətəndaşları olub. Alimlər bundan əvvəlki illərdə oldugu kimi, təkcə Afrika ölkələri vətəndaşlarını yox, bütün dünya ölkələri üzrə insanlarda peyvəndin təsirini öyrənməyə çalışıblar. Hər bir könüllü üzərində peyvəndin sınaq kursu 48 həftə çəkib. 

Tədqiqata rəhbərlik edən, Harvard səhiyyə mərkəzinin professoru Den Barukun sözlərinə görə, artıq 2019-cu ildə Afrikanın cənubunda 2600 nəfər qadına peyvəndin icra edilməsinə start veriləcək: "O üzdən peyvəndlə baglı indi söylənən bütün şübhələrə biz təbii yanaşırıq. Yekun sözümüzü peyvəndi qadınlara vurduqdan sonra deyəcəyik”. 

Orxan Əzizov,
 
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində hazırlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı