"Xəyanətkar məmurlar komandadan qovulmalıdır" - MMP toplandı tələb irəli sürdü

img

18-07-2018 [16:06]


Bu gün Müasir Müsavat Partiyasının (MMP) mərkəzi qərargahında İdarə Heyətinin növbəti toplantısı keçirilib. 

Parttiyanın mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, toplantıda Bakının rayon təşkilatlarının, gənclər və qadınlar şurasının rəhbərliyi iştirak ediblər. 

İclasda ölkədəkədi son durum, baş verən gərginliklər, məmur özbaşınalığı, rüşvət və korrupsiya məsələləri müzakirə olunub. Çıxış edən MMP sdəri Hafiz Hacıyev ölkədəki son hadisələrdən narahat olduğunu dilə gətirib. O bildirib ki,  ölkədə qarışıqlıq salmaq istəyən qüvvələrin olduğunu əvvəldən bəyan etmişdik. Təəssüf ki, həmin mənfur qüvvələrin niyyəti müəyyən mənada gerçəkləşdi. Partiya sədri onu da vurğulayıb ki, bütün bunlar hakim komandada cəmləşən xəyanətkar məmurların işidir. Həmin qüvvələr bütün səylərini səfərbər ediblər ki, ölkədə vəziyyət gərginləşsin və bunların qanunsuzluqları, xəyanətləri ört-basdır edilməsin: "Hazırda xəyanətkar məmurlar elə bir vəziyyət yaradıblar ki, ölkənin hər yerində narazılıq var. Əgər həmin mənfur qüvvələr hakim komandadan qovulmasalar, Gəncədəki hadisələr başqa yerlərə də sıçraya bilər. Ona görə də xəyanətkar məmurlar komandadan qovulmalıdır. Biz də bu yolda prezidentin yanında olacağıq".

Tolpantıda rayon təşkilatlarının sədrləri, qadınlar və gənclər təşkilatının rəhbərləri çıxış edərərk mövcud durumla bağlı fikirlərini bölüşüblər. Natiqlər də bildirib lər ki, məmur özbaşınalığı, rüşvətxorluqv korrupsiyaya qarşı mübarizə daha da güclənməlidir. 

Bu məqsədlə rayon təşkilatlarına müvafiq tapşırıqlar verildi. Bildirildi ki, əhali arasında aparılan ideoloji təbliğat daha da gücləndirilməlidir. Əasa hədə xəyanətkar məmurlar olmalıdır ki, mübarizə nəticə versin. 



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq