“Tramp Ruhani ilə görüşmək üçün 8 dəfə xahiş edib” - Rəsmi Tehrandan diqqətçəkən bəyanat

img

18-07-2018 [15:41]


"Ötən il BMT Baş Assamableyasının sessiyasında iştirakı çərçivəsində İran prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri zamanı ABŞ prezidenti Donald Tramp onunla görüşmək üçün İslam Respublikasının nümayəndə heyətindən 8 dəfə xahiş edib”.

"Report” "Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezident Administrasiyasının başçısı Mahmud Vaizi iyulun 18-də jurnalistlərə açıqlamasında bildirib.

"İnterfax” bildirib ki, ABŞ prezidentindən görüşlə bağlı sorğunun verilməsi barədə məlumat yayılmayıb. İndiyədək Donald Trampla Həsən Ruhani arasında görüş olmayıb.

Bildirilib ki, 2017-ci ilin oktyabrında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhra Qasemi BMT Baş Assambleyası çərçivəsində Donald Trampın görüşmək istəyindən Həsən Ruhani imtina edib. Onda ABŞ Dövlət Departamentinin sözçüsü Xizer Noyretdə BMT-də Assambleya çərçivəsində yüksək səviyyədə görüşün keçirilməsində İran tərəfinin imtina etdiyini bildirmişdi. Ancaq o, bu görüşdə ABŞ tərəfindən iştirak edəcək rəsminin adını açıqlamayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR