Bakı-Quba yolunda qəza: 1 nəfər ölüb, 10 nəfər yaralanıb

img

18-07-2018 [12:02]


Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

Mia.az xəbər verir ki, bu barədə modern.az-a məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, qəza zamanı sərnişin avtobusu "Nissan” markalı avtomobillə toqquşub:

"Hadisə nəticəsində "Nissan” markalı avtomobilin sürücüsü hadisə eyrində ölüb. Əraziyə 6 "Təcili yardım" maşını göndərilib. Yaralılardan 6 nəfərinə hadisə yerində yardım göstərilib, daha 4 nəfər isə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb”.

Nazirlik rəsmisi deyib ki, yaralılardan 3 nəfərin vəziyyəti ağırdır.




Digər xəbərlər
SON XƏBƏRLƏR