Yunan jurnalist casus elan olundu, ölümlə təhdid edilir - Kiprdə qalmaqal

17-07-2018 [23:31]

Yunan Kiprində ATƏT-in dəstəyi ilə yunan və türk jurnalistlər üçün hazırlanan "Əhəmiyyətli ifadələr" sözlüyü mübahisəyə səbəb olub.

Kitabçanı hazırlayan heyətdə yer alan Yunan Ədəbiyyatçılar Birliyinin baş katibi, jurnalist Maria Siakalli ölüm təhdidi alıb.

Lüğətdə "işğal", "Attila", "sərhəd", "qapılar", "Rum lider", "Rum yönətimi", "qanunsuz liman", "kafir", "Şimali Kipr-Cənubi Kipr", "ana vətən", "sülhməramlılar" kimi sözlərin istifadə edilməməsi məsləhət görülür.

56 səhifəlik lüğətin adada yayılması mübahisələrə səbəb oldu.

Yunan Kiprin lideri Nikos Anastasiadis işğalın BMT tərəfindən qəbul edildiyini xatırladıb: "İşğal işğaldır. Tarixi görməməzlikdən gələ bilmərik. Kipr münaqişəsi etirazlarla həll olunacaq, sözlüklərlə deyil. İşğal türk əsgərlər geri çəkiləndən sonra bitəcək".

Maria Siakalli  isə bildirib ki, ona qarşı Kiprdə kampaniya aparılır: "Ali təhsili Türkiyədə aldım deyə məni türk casusu adlandırırlar. Ağır təhqir olunuram".

Teleqraf.com



SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə