İtaliya prezidenti qızı ilə birlikdə Azərbaycana gəldi - Sercio Matarella səfər qrafiki + FOTO

img

17-07-2018 [22:26]


İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı və qızı Laura Mattarellanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

İkigünlük səfəri zamanı S.Matarella Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və Azərbaycan - İtaliya biznes forumunda iştirak edəcək.

Bundan başqa S.Matarella ADA Universitetində də tələbələr qarşısında çıxış edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı