İki sabiq nazir korrupsiya ittihamı ilə istintaqa cəlb olundu - Gürcüstanda

img

17-07-2018 [21:29]


Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, habelə keçmiş regional inkişaf və infrastruktur naziri Zurab Alavidze istintaqa cəlb olunub.

Bu barədə Gürcüstanın Baş prokurorluğundan bildirilib.

Məlumata əsasən, sabiq nazirlər vəzifələrindən sui-istifadə, böyük həcmdə dövlət vəsaitlərinin qanunsuz mənimsənilməsi faktı ilə bağlı Baş prokurorluqda sorğu-sual olunub.

Qeyd edək ki, D. Kumsişvili 2015-ci ilin sentyabrından 2018-ci ilin iyununa qədər Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri olub. Z. Alavidze isə 2016-cı ilin noyabrından 2018-ci ilin martına qədər regional inkişaf və infrastruktur naziri vəzifəsini tutub/APA. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı