Prezidentdən mühüm dəyişikliklər: Mərkəzi Bank və bir neçə quruma yeni vəzifə verildi, bəzilərinin səlahiyyəti azaldıldı

img

17-07-2018 [19:59]


Bu gün Prezident İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 106 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilib:

1.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

"2.1-1. bu Fərmanla təsdiq edilən strateji yol xəritələrində müəyyən olunmuş məqsəd və hədəflərə nail olmaq üçün daha operativ icra və nəzarət mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, aidiyyəti icraçılarla razılaşdırmaqla, alttədbirlərin, əsas və digər icraçıların, icra müddətlərinin əks olunduğu təfsilatlı tədbirlər planı hazırlaya bilər;”.

1.2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 10-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.2.1. 1.1.2-ci yarımbənddə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2018–2019” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. 1.2.1-ci yarımbənddə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2019” rəqəmləri ilə əvəz edilsin;

1.2.3. 1.2.2-ci yarımbənddə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2018–2020” rəqəmləri ilə əvəz edilsin;

1.2.4. 1.3.3-cü, 1.3.4-cü, 2.2.1-ci, 3.2.1-ci və 4.1.2-ci yarımbəndlərdə "İcra müddəti” sütunlarında "2017” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.2.5. 1.3.4-cü yarımbənddə "Əsas icraçı” sütununda "Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri "Mərkəzi Bank” sözləri ilə, "Digər icraçılar” sütununda "Mərkəzi Bank” sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin;

1.2.6. 1.3.5-ci, 2.2.2-ci, 3.1.3-cü, 3.1.4-cü, 3.1.6-cı, 3.2.4-cü, 4.1.3-cü, 4.2.2-ci və 4.2.3-cü yarımbəndlərdə "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.2.7. 2.1.2-ci və 4.1.1-ci yarımbəndlərdə "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2019” rəqəmləri ilə əvəz edilsin;

1.2.8. 3.1.2-ci, 3.1.7-ci və 4.1.5-ci yarımbəndlərdə "İcra müddəti” sütununda "2017–2019” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.2.9. 4.1.5-ci yarımbənddə "Əsas icraçı” sütununda "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri "İqtisadiyyat Nazirliyi” sözləri ilə, "Digər icraçılar” sütununda "İqtisadiyyat Nazirliyi” sözləri "Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası” sözləri ilə əvəz edilsin.

1.3. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nin 10-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.3.1. 1.1.1-ci yarımbənddə "Əsas icraçı” sütunundan ", SOCAR” akronimi çıxarılsın, "Digər icraçılar” sütununda "Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözlərindən əvvəl "SOCAR,” akronimi əlavə edilsin;

1.3.2. 1.1.2-ci yarımbənddə "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2019” rəqəmləri ilə əvəz edilsin;

1.3.3. 1.1.3-cü yarımbənddə "Əsas icraçı” sütununda "Nazirlər Kabineti” sözləri "Energetika Nazirliyi” sözləri ilə, "Digər icraçılar” sütununda "Energetika Nazirliyi” sözləri "SOCAR” akronimi ilə əvəz edilsin;

1.3.4. 1.1.4-cü yarımbənddə "Əsas icraçı” sütununda "Nazirlər Kabineti” sözləri "Energetika Nazirliyi” sözləri ilə, "Digər icraçılar” sütununda "Energetika Nazirliyi” sözləri "SOCAR” akronimi ilə, "İcra müddəti” sütununda "2017” rəqəmləri "2018–2019” rəqəmləri ilə əvəz edilsin;

1.3.5. 1.1.6-cı və 1.2.1-ci yarımbəndlərdə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2018” rəqəmləri ilə əvəz edilsin;

1.3.6. 1.2.1-ci yarımbənddə "Əsas icraçı” sütunundan ", Energetika Nazirliyi” sözləri çıxarılsın, "Digər icraçılar” sütununda "AMEA” akronimindən əvvəl "Energetika Nazirliyi,” sözləri əlavə edilsin;

1.3.7. 1.2.2-ci və 1.2.3-cü yarımbəndlərdə "Əsas icraçı” sütunundan ", SOCAR” akronimi çıxarılsın, "Digər icraçılar” sütununda "İqtisadiyyat Nazirliyi” sözlərindən əvvəl "SOCAR,” akronimi əlavə edilsin;

1.3.8. 1.2.4-cü yarımbənddə "Əsas icraçı” sütunundan ", AMEA” akronimi çıxarılsın, "Digər icraçılar” sütununa "AMEA” akronimi əlavə edilsin;

1.3.9. 1.3.1-ci yarımbənddə "Əsas icraçı” sütunundan "Energetika Nazirliyi,” sözləri çıxarılsın, "Digər icraçılar” sütununa "Energetika Nazirliyi” sözləri əlavə edilsin;

1.3.10. 1.4.2-ci yarımbənddə "Digər icraçılar” sütununda "Energetika Nazirliyi” sözlərindən sonra ", Dövlət Neft Fondu” sözləri əlavə edilsin;

1.3.11. 1.4.5-ci yarımbənddə "Əsas icraçı” sütunundan "Energetika Nazirliyi,” sözləri çıxarılsın, "Digər icraçılar” sütununa "Energetika Nazirliyi” sözləri əlavə edilsin;

1.3.12. 2.1.2-ci yarımbənddə "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.3.13. 2.2.2-ci yarımbənddə "Əsas icraçı” sütunundan ", Energetika Nazirliyi” sözləri çıxarılsın, "Digər icraçılar” sütununa "İqtisadiyyat Nazirliyi” sözlərindən əvvəl "Energetika Nazirliyi,” sözləri əlavə edilsin;

1.3.14. 2.2.3-cü yarımbənddə "Digər icraçılar” sütununda "Maliyyə Nazirliyi” sözlərindən sonra ", Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi” sözləri əlavə edilsin;

1.3.15. 2.3.1-ci yarımbənddə "Digər icraçılar” sütununda "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri "Enerji Məsələlərini Tənzimlənmə Agentliyi” sözləri ilə əvəz edilsin;

1.3.16. 2.3.3-cü yarımbənddə "Əsas icraçı” sütununda "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

1.3.17. 2.4.1-ci yarımbənddə "Əsas icraçı” sütunundan ", Energetika Nazirliyi, Tarif Şurası” sözləri çıxarılsın, "Digər icraçılar” sütununa "SOCAR” akronimindən sonra ", Energetika Nazirliyi, Tarif (qiymət) Şurası, Maliyyə Nazirliyi” sözləri əlavə edilsin;

1.3.18. 3.1.1-ci yarımbənddə "Digər icraçılar” sütunundan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri çıxarılsın;

1.3.19. 3.1.3-cü yarımbənddə "Digər icraçılar” sütununa "Energetika Nazirliyi” sözlərindən sonra ", SOCAR” akronimi əlavə edilsin;

1.3.20. 3.2.1-ci yarımbənddə "Əsas icraçı” sütunundan ", SOCAR” akronimi çıxarılsın, "Digər icraçılar” sütununda "Maliyyə Nazirliyi” sözlərindən əvvəl "SOCAR,” akronimi əlavə edilsin;

1.3.21. 3.2.2-ci yarımbənddə "Əsas icraçı” sütunundan ", İqtisadiyyat Nazirliyi” sözləri çıxarılsın, "Digər icraçılar” sütununa "İqtisadiyyat Nazirliyi” sözləri əlavə edilsin;

1.3.22. 3.2.4-cü yarımbənddə "Əsas icraçı” sütunundan ", Energetika Nazirliyi” sözləri çıxarılsın, "Digər icraçılar” sütununda "İqtisadiyyat Nazirliyi” sözlərindən əvvəl "Energetika Nazirliyi,” sözləri əlavə edilsin.

1.4. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin 10-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.4.1. 1.1.1-ci yarımbənddə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.4.2. 1.1.3-cü yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "Kənd Təsərrüfatı Nazirliyi” sözlərindən sonra ", Qida Təhlükəsizliyi Agentliyi” sözləri əlavə edilsin;

1.4.3. 1.1.4-cü yarımbənddə "İcra müddəti” sütununda "2018” rəqəmləri "2018–2020” rəqəmləri ilə əvəz edilsin;

1.4.4. 1.1.5-ci yarımbənddə "Əsas icraçı” sütununda "Kənd Təsərrüfatı Nazirliyi” sözləri "Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin, "Digər icraçılar/Tövsiyə” sütununda "İqtisadiyyat Nazirliyi” sözlərindən əvvəl "Kənd Təsərrüfatı Nazirliyi,” sözləri əlavə edilsin və "İcra müddəti” sütununda "2017” rəqəmləri "2018” rəqəmləri ilə əvəz edilsin;

1.4.5. 1.2.1-ci yarımbənddə "Əsas icraçı” sütununda "Fövqəladə Hallar Nazirliyi” sözləri "Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə, "Digər icraçılar/Tövsiyə” sütununda "Kənd Təsərrüfatı Nazirliyi,” sözləri "Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi,” sözləri ilə əvəz edilsin;

1.4.6. 1.3.1-ci, 1.3.4-cü və 1.3.5-ci yarımbəndlərdə "Əsas icraçı” sütununda "Nazirlər Kabineti” sözləri "Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin;

1.4.7. 1.3.2-ci yarımbənddə "İcra müddəti” sütununda "2019” rəqəmləri "2017–2019” rəqəmləri ilə əvəz edilsin;

1.4.8. 1.3.3-cü və 6.3.5-ci yarımbəndlərdə "Əsas icraçı” sütununda "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri "Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin;

1.4.9. 1.3.6-cı yarımbənddə "Əsas icraçı” sütununda "Səhiyyə Nazirliyi” sözləri "Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin, "Digər icraçılar/Tövsiyə” sütununda "İqtisadiyyat Nazirliyi” sözlərindən əvvəl "Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi,” sözləri əlavə edilsin;

1.4.10. 2.1.1-ci və 2.1.6-cı yarımbəndlərdə "Digər icraçılar/Tövsiyə” sütununda "İqtisadiyyat Nazirliyi,” sözlərindən sonra "Əmlak Məsələləri Dövlət Komitəsi, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC,” sözləri əlavə edilsin;

1.4.11. 2.1.2-ci yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "İqtisadiyyat Nazirliyi” sözlərindən sonra "Əmlak Məsələləri Dövlət Komitəsi,” sözləri əlavə edilsin;

1.4.12. 2.1.3-cü yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "İqtisadiyyat Nazirliyi” sözlərindən sonra "Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Neft Şirkəti,” sözləri əlavə edilsin;

1.4.13. 2.1.7-ci yarımbənddə "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.4.14. 2.2.1-ci, 2.2.2-ci və 2.2.5-ci yarımbəndlərdə "Digər icraçılar” sütununda "İqtisadiyyat Nazirliyi,” sözlərindən sonra "Qida Təhlükəsizliyi Agentliyi,” sözləri əlavə edilsin.

1.4.15. 2.2.3-cü və 2.2.4-cü yarımbəndlərdə "Digər icraçılar” sütununda "Kənd Təsərrüfatı Nazirliyi,” sözlərindən sonra "Qida Təhlükəsizliyi Agentliyi,” sözləri əlavə edilsin.

1.4.16. 2.2.6-cı, 2.2.8-ci və 2.2.9-cu yarımbəndlərdə "Digər icraçılar/Tövsiyə” sütununda "İqtisadiyyat Nazirliyi,” sözlərindən sonra "Qida Təhlükəsizliyi Agentliyi, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, Əmlak Məsələləri Dövlət Komitəsi,” sözləri əlavə edilsin;

1.4.17. 2.2.7-ci yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "Kənd Təsərrüfatı Nazirliyi,” sözlərindən sonra "Qida Təhlükəsizliyi Agentliyi, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, Əmlak Məsələləri Dövlət Komitəsi,” sözləri əlavə edilsin;

1.4.18. 3.1.1-ci, 3.2.1-ci və 4.5.1-ci yarımbəndlərdə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2018” rəqəmləri ilə əvəz edilsin;

1.4.19. 3.1.3-cü və 3.2.3-cü yarımbəndlərdə "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2019” rəqəmləri ilə əvəz edilsin;

1.4.20. 3.1.4-cü, 7.1.1-ci, 8.2.6-cı, 8.2.7-ci və 9.1.2-ci yarımbəndlərdə "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.4.21. 3.2.2-ci yarımbənddə "İcra müddəti” sütununda "2018” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.4.22. 3.2.5-ci yarımbənddə "İcra müddəti” sütununda "2017–2020” rəqəmləri "2019” rəqəmləri ilə əvəz edilsin;

1.4.23. 4.4.1-ci və 4.5.2-ci yarımbəndlərdə "Digər icraçılar/Tövsiyə” sütununda "yerli icra hakimiyyəti orqanları” sözlərindən əvvəl "İqtisadiyyat Nazirliyi,” sözləri əlavə edilsin;

1.4.24. 4.4.2-ci yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "yerli icra hakimiyyəti orqanları” sözlərindən əvvəl "İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi,” sözləri əlavə edilsin;

1.4.25. 4.5.4-cü və 4.7.2–4.7.5-ci yarımbəndlərdə "Əsas icraçı” sütununda "Kənd Təsərrüfatı Nazirliyi” sözləri "Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin, "Digər icraçılar/Tövsiyə” sütununda "yerli icra hakimiyyəti orqanları” sözlərindən əvvəl "Kənd Təsərrüfatı Nazirliyi,” sözləri əlavə edilsin;

1.4.26. 4.5.5-ci yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "yerli icra hakimiyyəti orqanları” sözlərindən əvvəl "Kənd Təsərrüfatı Nazirliyi,” sözləri əlavə edilsin;

1.4.27. 6.1.2-ci yarımbənddə "Əsas icraçı” sütununda "İqtisadiyyat Nazirliyi” sözləri "Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin, "Digər icraçılar/Tövsiyə” sütununda "Kənd Təsərrüfatı Nazirliyi” sözlərindən əvvəl "İqtisadiyyat Nazirliyi,” sözləri əlavə edilsin;

1.4.28. 6.3.6-cı yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "Kənd Təsərrüfatı Nazirliyi” sözlərindən sonra ", Qida Təhlükəsizliyi Agentliyi” sözləri əlavə edilsin;

1.4.29. 7.1.1-ci yarımbənddə "Əsas icraçı” sütununda "Nazirlər Kabineti” sözləri "Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin, "Digər icraçılar/Tövsiyə” sütunundan "Kənd Təsərrüfatı Nazirliyi” sözləri çıxarılsın;

1.4.30. 7.1.4-cü yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "Kənd Təsərrüfatı Nazirliyi” sözlərindən sonra ", Ədliyyə Nazirliyi” sözləri əlavə edilsin;

1.4.31. 7.2.2-ci, 7.2.3-cü və 7.2.5-ci yarımbəndlərdə "Əsas icraçı” sütununda "Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri "Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə, "Digər icraçılar/Tövsiyə” sütununda "Kənd Təsərrüfatı Nazirliyi” sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.4.32. 7.4.1-ci yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "Əmlak Məsələləri Dövlət Komitəsi” sözlərindən əvvəl "Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi,” sözləri əlavə edilsin;

1.4.33. 7.4.2-ci yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "İqtisadiyyat Nazirliyi” sözlərindən sonra ", Qida Təhlükəsizliyi Agentliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

1.4.34. 7.4.3-cü yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "İqtisadiyyat Nazirliyi” sözlərindən sonra ", Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası” sözləri əlavə edilsin;

1.4.35. 8.2.2-ci yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununa "Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları” sözləri əlavə edilsin;

1.4.36. 9.1.4-cü yarımbənddə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2019” rəqəmləri ilə əvəz edilsin;

1.4.37. 9.2.1-ci yarımbənddə "Əsas icraçı” sütununda "Mədəniyyət və Turizm Nazirliyi” sözləri "Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

1.4.38. 9.2.2-ci yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözlərindən sonra ", Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "ABAD” publik hüquqi şəxs,” sözləri əlavə edilsin;

1.4.39. 9.2.3-cü yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "yerli icra hakimiyyəti orqanları” sözlərindən əvvəl "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Təhsil Nazirliyi, Dövlət Turizm Agentliyi, "ABAD” publik hüquqi şəxs,” sözləri əlavə edilsin;

1.4.40. 9.3.3-cü yarımbənddə "Əsas icraçı” sütunundan "Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri çıxarılsın, "Digər icraçılar/Tövsiyə” sütununda "yerli icra hakimiyyəti orqanları” sözlərindən əvvəl "Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,” sözləri əlavə edilsin.

1.5. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin 10-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.5.1. 1.1.1-ci yarımbənddə "Əsas icraçı” sütununda "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası” sözləri "İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin, "Digər icraçılar” sütunundan "İqtisadiyyat Nazirliyi,” sözləri çıxarılsın, "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2018” rəqəmləri ilə əvəz edilsin;

1.5.2. 1.1.2-ci və 1.1.3-cü yarımbəndlərdə "Əsas icraçı” sütununda "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası” sözləri "İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin, "Digər icraçılar” sütunundan "İqtisadiyyat Nazirliyi” sözləri çıxarılsın, "İcra müddəti” sütununda "2017” rəqəmləri "2018” rəqəmləri ilə əvəz edilsin;

1.5.3. 1.1.4-cü yarımbənddə "Əsas icraçı” sütununda "Nazirlər Kabineti” sözləri "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” sözləri ilə, "Digər icraçılar” sütununda "KOS agentliyi” sözləri "Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə, "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.5.4. 1.1.5-ci, 1.6.3-cü, 1.9.1-ci, 2.2.2-ci, 4.1.2-ci, 4.2.1-ci, 4.2.3-cü, 4.2.4-cü və 4.3.1-ci yarımbəndlərdə "Digər icraçılar” sütununda "KOS agentliyi” sözləri "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin;

1.5.5. 1.2.1-ci yarımbənddə "Əsas icraçı” sütununda "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası” sözləri "İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin, "Digər icraçılar” sütunundan "İqtisadiyyat Nazirliyi” sözləri çıxarılsın;

1.5.6. 1.2.2-ci, 1.4.1-ci və 1.4.2-ci yarımbəndlərdə "Əsas icraçı” sütununda "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası” sözləri "İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin, "Digər icraçılar” sütunundan "İqtisadiyyat Nazirliyi,” sözləri çıxarılsın;

1.5.7. 1.3.2-ci, 1.8.1-ci, 1.8.2-ci, 1.9.2-ci, 2.1.3-cü, 2.4.1-ci, 4.2.2-ci və 5.1.2-ci yarımbəndlərdə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2018” rəqəmləri ilə əvəz edilsin;

1.5.8. 1.3.3-cü yarımbənddə "Digər icraçılar” sütununda "Əmlak Məsələləri Dövlət Komitəsi” sözlərindən sonra ", Maliyyə Nazirliyi” sözləri əlavə edilsin;

1.5.9. 1.5.1-ci yarımbənddə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.5.10. 1.5.2-ci yarımbənddə "Əsas icraçı” sütunundan ", Vergilər Nazirliyi” sözləri çıxarılsın, "Digər icraçılar” sütununda "Ədliyyə Nazirliyi” sözlərindən əvvəl "Vergilər Nazirliyi,” sözləri əlavə edilsin;

1.5.11. 1.5.4-cü yarımbənddə "Əsas icraçı” sütunundan ", Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın, "Digər icraçılar” sütununa "Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin, "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.5.12. 1.5.6-cı yarımbənddə "Əsas icraçı” sütunundan ", Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın, "Digər icraçılar” sütununda "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, ” sözləri "Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi,” sözləri ilə əvəz edilsin;

1.5.13. 1.6.1-ci və 3.1.2-ci yarımbəndlərdə "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.5.14. 1.8.1-ci yarımbənddə "Əsas icraçı” sütununda "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası” sözləri "İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin, "Digər icraçılar” sütunundan "İqtisadiyyat Nazirliyi,” sözləri çıxarılsın;

1.5.15. 1.9.2-ci yarımbənddə "Digər icraçılar” sütununda "KOS agentliyi” sözləri "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin;

1.5.16. 2.3.1-ci yarımbənddə "Əsas icraçı” sütununda "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası” sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin, "Digər icraçılar” sütunundan "Maliyyə Bazarlarına Nəzarət Palatası,” sözləri çıxarılsın;

1.5.17. 4.2.2-ci yarımbənddə "Digər icraçılar” sütununda "KOS agentliyi” sözləri "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin.

1.6. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin 10-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.6.1. 1.1.1-ci və 2.4.1-ci yarımbəndlərdə "Digər icraçılar” sütunundan "APİK” akronimi çıxarılsın;

1.6.2. 1.1.2-ci, 2.2.3-cü, 2.4.2-ci və 3.2.1-ci yarımbəndlərdə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.6.3. 1.1.4-cü yarımbənddə "Əsas icraçı” sütununda "Azərbaycan Milli Elmlər Akademiyası” sözləri "İqtisadiyyat Nazirliyi” sözləri ilə, "Digər icraçılar” sütununda "İqtisadiyyat Nazirliyi” sözləri "Azərbaycan Milli Elmlər Akademiyası” sözləri ilə əvəz edilsin;

1.6.4. 1.2.1-ci yarımbənddə "Digər icraçılar” sütununda "Azərişıq” ASC” sözlərindən sonra ", Dövlət Statistika Komitəsi, "Azəristiliktəchizat” ASC” sözləri əlavə edilsin;

1.6.5. 1.2.3-cü yarımbənddə "Digər icraçılar” sütununda "İqtisadiyyat Nazirliyi” sözlərindən sonra ", Energetika Nazirliyi” sözləri əlavə edilsin;

1.6.6. 2.1.1-ci yarımbənddə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2018” rəqəmləri ilə əvəz edilsin;

1.6.7. 2.2.2-ci yarımbənddə "Digər icraçılar” sütunundan "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,” sözləri çıxarılsın;

1.6.8. 2.3.2-ci yarımbənddə "Digər icraçılar” sütununda "İqtisadiyyat Nazirliyi” sözlərindən sonra ", "Azərbaycan Sənaye Korporasiyası” ASC” sözləri əlavə edilsin;

1.6.9. 3.2.1-ci yarımbənddə "Əsas icraçı” sütununda "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri "İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin, "Digər icraçılar” sütununa "Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Əqli Mülkiyyət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi” sözləri əlavə edilsin;

1.6.10. 3.2.3-cü yarımbənddə "Əsas icraçı” sütununda "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri "İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin, "Digər icraçılar” sütununa "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Əqli Mülkiyyət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi” sözləri əlavə edilsin;

1.6.11. 3.2.4-cü yarımbənddə "Digər icraçılar” sütununda "Müəllif Hüquqları Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri "Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilsin.

1.7. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin 10-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.7.1. 1.1.1-ci və 1.1.5-ci yarımbəndlərdə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.7.2. 1.1.1-ci, 1.1.2-ci, 1.1.5-ci, 1.2.5-ci, 1.2.6-cı, 1.2.10-cu, 1.4.2–1.4.4-cü, 1.4.7-ci, 2.1.1–2.1.4-cü, 2.2.1–2.2.6-cı, 2.3.1–2.3.3-cü, 2.3.6-cı, 2.5.5-ci, 3.1.1-ci, 3.1.2-ci, 3.2.2–3.2.5-ci, 3.3.1-ci, 3.3.2-ci, 3.3.4-cü, 3.4.1-3.4.6-cı, 3.5.1–3.5.3-cü, 4.1.3-cü, 4.1.4-cü, 4.1.6-cı və 4.2.1-ci yarımbəndlərdə "Əsas icraçı” sütununda "Mədəniyyət və Turizm Nazirliyi” sözləri "Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

1.7.3. 1.1.3-cü, 1.2.1–1.2.3-cü, 1.2.7–1.2.9-cu, 1.2.11-ci, 1.2.13-cü, 1.3.1–1.3.3-cü, 1.3.6-cı, 1.4.1-ci, 1.4.5-ci, 1.4.6-cı, 1.4.8-ci, 2.3.4-cü, 2.3.5-ci, 2.4.1-ci, 2.5.1–2.5.4-cü, 3.1.3-cü, 3.1.4-cü, 3.2.1-ci, 3.3.3-cü, 4.1.1-ci və 4.1.5-ci yarımbəndlərdə "Digər icraçılar” sütununda "Mədəniyyət və Turizm Nazirliyi” sözləri "Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

1.7.4. 1.1.4-cü yarımbənddə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.7.5. 1.2.7-ci, 2.4.2-ci, 2.5.5-ci və 3.2.1-ci yarımbəndlərdə "Digər icraçılar” sütununda "Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.7.6. 1.2.13-cü və 2.5.1–2.5.4-cü yarımbəndlərdə "Əsas icraçı” sütununda "Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.7.7. 1.3.4-cü yarımbənddə "Digər icraçılar” sütununa "Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin;

1.7.8. 1.3.5-ci yarımbənddə "Digər icraçılar” sütununda "Maliyyə Nazirliyi” sözlərindən əvvəl "Dövlət Turizm Agentliyi,” sözləri əlavə edilsin;

1.7.9. 1.4.3-cü yarımbənddə "Digər icraçılar” sütununda "Dövlət Dəniz Administrasiyası” sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.7.10. 1.4.5-ci yarımbənddə "Digər icraçılar” sütununda "Bakı Şəhər İcra Hakimiyyəti,” sözlərindən sonra ", Maliyyə Nazirliyi” sözləri əlavə edilsin;

1.7.11. 2.2.3-cü yarımbənddə "İcra müddəti” sütununda "2017–2020” rəqəmləri "2018–2020” rəqəmləri ilə əvəz edilsin;

1.7.12. 2.2.4-cü yarımbənddə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2018–2020” rəqəmləri ilə əvəz edilsin;

1.7.13. 2.2.6-cı yarımbənddə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2018” rəqəmləri ilə əvəz edilsin;

1.7.14. 2.4.4-cü yarımbənddə "Digər icraçılar” sütununda "Azəravtoyol” ASC” sözləri "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.7.15. 2.5.1-ci yarımbənddə "İcra müddəti” sütununda "2016” rəqəmləri "2016–2018” rəqəmləri ilə əvəz edilsin;

1.7.16. 3.1.1-ci yarımbənddə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2018” rəqəmləri ilə əvəz edilsin;

1.7.17. 3.1.2-ci yarımbənddə "İcra müddəti” sütununda "2016” rəqəmləri "2016–2020” rəqəmləri ilə əvəz edilsin, "Digər icraçılar” sütununda "Milli Turizm Təbliğat Bürosu” sözlərindən sonra ", İqtisadiyyat Nazirliyi” sözləri əlavə edilsin;

1.7.18. 3.2.2-ci və 3.4.2-ci yarımbəndlərdə "Digər icraçılar” sütununa ", Azərbaycan Konqreslər Bürosu” sözləri əlavə edilsin;

1.7.19. 3.3.1-ci yarımbənddə "Digər icraçılar” sütununa "Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi” sözləri əlavə edilsin, "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2019” rəqəmləri ilə əvəz edilsin;

1.7.20. 3.4.1-ci yarımbənddə "Digər icraçılar” sütununa "İqtisadiyyat Nazirliyi” sözləri əlavə edilsin;

1.7.21. 3.4.3–3.4.6-cı yarımbəndlərdə "Digər icraçılar” sütununa "Azərbaycan Konqreslər Bürosu” sözləri əlavə edilsin;

1.7.22. 4.1.2-ci yarımbənddə "Digər icraçılar” sütununda "Mədəniyyət və Turizm Nazirliyi” sözləri "Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu” sözləri ilə əvəz edilsin;

1.7.23. 4.2.1-ci yarımbənddə "Digər icraçılar” sütunundan "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri çıxarılsın;

1.7.24. 4.2.2-ci və 4.2.3-cü yarımbəndlərdə "Əsas icraçı” sütununda "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri "Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin, "Digər icraçılar” sütunundan "Mədəniyyət və Turizm Nazirliyi” sözləri çıxarılsın.

1.8. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nin 10-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.8.1. 1.1.1-ci, 2.1.4-cü, 2.1.5-ci, 2.2.1-ci, 2.3.3-cü, 3.1.2-ci və 3.1.6-cı yarımbəndlərdə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.8.2. 1.1.2-ci, 1.2.2-ci, 1.3.2-ci, 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərdə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2018” rəqəmləri ilə əvəz edilsin;

1.8.3. 1.1.3-cü və 2.2.4-cü yarımbəndlərdə "İcra müddəti” sütununda "2018” rəqəmləri "2019–2020” rəqəmləri ilə əvəz edilsin;

1.8.4. 1.2.3-cü və 1.3.7-ci yarımbəndlərdə "İcra müddəti” sütununa "2018–2020” rəqəmləri əlavə edilsin;

1.8.5. 1.2.4-cü, 1.3.3-cü, 1.3.4-cü, 1.3.6-cı, 2.1.3-cü və 3.1.1-ci yarımbəndlərdə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2018–2020” rəqəmləri ilə əvəz edilsin;

1.8.6. 1.2.5-ci, 2.1.7-ci, 2.3.2-ci və 2.3.4-cü yarımbəndlərdə "İcra müddəti” sütununda "2018” rəqəmləri "2018–2020” rəqəmləri ilə əvəz edilsin;

1.8.7. 1.3.1-ci yarımbənddə "Əsas icraçı” sütununda "Azəravtoyol” ASC” sözləri "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

1.8.8. 1.3.5-ci yarımbənddə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2019” rəqəmləri ilə əvəz edilsin;

1.8.9. 2.1.6-cı yarımbənddə "Əsas icraçı” sütunundan ", Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın, "Digər icraçılar” sütununda "İqtisadiyyat Nazirliyi” sözlərindən əvvəl "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin, "İcra müddəti” sütununda "2017” rəqəmləri "2018–2019” rəqəmləri ilə əvəz edilsin;

1.8.10. 2.2.3-cü yarımbənddə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2018” rəqəmləri ilə əvəz edilsin;

1.8.11. 3.1.5-ci yarımbənddə "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin.

1.9. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin 10-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.9.1. 1.1.1-ci yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda ""Azəravtoyol” ASC” sözləri "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

1.9.2. 2.4.1-ci yarımbənddə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2018” rəqəmləri ilə əvəz edilsin.

1.10. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin 10-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.10.1. 1.1.1-ci və 5.2.2-ci yarımbəndlərdə "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2019” rəqəmləri ilə əvəz edilsin;

1.10.2. 1.1.2-ci yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "Turizm Nazirliyi” sözləri "Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

1.10.3. 1.1.4-cü yarımbənddə "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.10.4. 1.1.7-ci yarımbənddə "İcra müddəti” sütununda "2017–2020” rəqəmləri "2018–2020” rəqəmləri ilə əvəz edilsin;

1.10.5. 1.1.8-ci yarımbənddə "İcra müddəti” sütununda "2018–2020” rəqəmləri "2019–2020” rəqəmləri ilə əvəz edilsin;

1.10.6. 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərdə "İcra müddəti” sütununda "2017–2019” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.10.7. 4.2.1-ci yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "Tövsiyə edilir” sözlərindən əvvəl "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri əlavə edilsin;

1.10.8. 4.2.2-ci yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "Mədəniyyət və Turizm Nazirliyi” sözləri "Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

1.11. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin 10-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.11.1. 1.1.2-ci, 1.1.3-cü, 2.2.1-ci, 3.2.2-ci, 4.1.1-ci və 4.2.3-cü yarımbəndlərdə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2018” rəqəmləri ilə əvəz edilsin;

1.11.2. 1.2.4-cü yarımbənddə "İcra müddəti” sütununda "2018–2020” rəqəmləri "2019–2020” rəqəmləri ilə əvəz edilsin;

1.11.3. 1.3.1–1.3.4-cü yarımbəndlərdə "Digər icraçılar” sütununda "İqtisadiyyat Nazirliyi” sözlərindən sonra ", İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

1.11.4. 1.4.1-ci yarımbənddə "Digər icraçılar” sütununa "Mərkəzi Bank” sözləri əlavə edilsin;

1.11.5. 2.1.6-cı yarımbənddə "Əsas icraçı” sütunundan ", Mərkəzi Bank” sözləri çıxarılsın, "Digər icraçılar” sütununda "Maliyyə Bazarlarına Nəzarət Palatası” sözlərindən əvvəl "Mərkəzi Bank,” sözləri əlavə edilsin;

1.11.6. 3.2.3-cü yarımbənddə "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2018” rəqəmləri ilə əvəz edilsin;

1.11.7. 4.1.2-ci və 4.2.4-cü yarımbəndlərdə "İcra müddəti” sütununda "2017–2020” rəqəmləri "2018–2020” rəqəmləri ilə əvəz edilsin;

1.11.8. 4.2.2-ci yarımbənddə "İcra müddəti” sütununda "2017–2019” rəqəmləri "2018–2019” rəqəmləri ilə əvəz edilsin;

1.11.9. 4.3.1-ci yarımbənddə "Digər icraçılar” sütununa "Mərkəzi Bank” sözləri əlavə edilsin.

1.12. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin 10-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.12.1. 1.1.1-ci yarımbənddə "Əsas icraçı” sütununda "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası” sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin;

1.12.2. 1.1.3-cü yarımbənddə "Əsas icraçı” sütununda "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası” sözləri "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə, "İcra müddəti” sütununda "2020” rəqəmləri "2018–2020” rəqəmləri ilə əvəz edilsin;

1.12.3. 1.2.2-ci, 2.3.3-cü, 2.3.4-cü və 2.4.5-ci yarımbəndlərdə "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.12.4. 1.2.3-cü yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "Tövsiyə olunur” sözlərindən əvvəl "İqtisadiyyat Nazirliyi” sözləri əlavə edilsin;

1.12.5. 1.2.4-cü və 2.1.2-ci yarımbəndlərdə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2018” rəqəmləri ilə əvəz edilsin;

1.12.6. 1.2.5-ci və 2.5.1-ci yarımbəndlərdə "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.12.7. 2.2.1–2.2.3-cü və 2.3.2-ci yarımbəndlərdə "Digər icraçılar/Tövsiyə” sütununda "yeni KOS agentliyi” sözləri "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin;

1.12.8. 2.3.4-cü yarımbənddə "Digər icraçılar/Tövsiyə” sütununda "yeni KOS agentliyi” sözləri "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin;

1.12.9. 2.4.1-ci yarımbənddə "Tədbirin adı” sütununda "Dövlət sektoru daxilində, eləcə də dövlət sektoru ilə əlaqələr zamanı yazışmaların tamamilə elektronlaşdırılması və kağız daşıyıcılardan istifadənin aradan qaldırılması” sözləri "Dövlət sektoru daxilində yazışmaların tamamilə elektronlaşdırılması və kağız daşıyıcılardan istifadənin aradan qaldırılması” sözləri ilə, "Əsas icraçı” sütununda "Nazirlər Kabineti” sözləri "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi” sözləri ilə, "Digər icraçılar/Tövsiyə” sütununda "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri "Dövlət sektoru daxilində yazışmaların iştirakçıları” sözləri ilə, "İcra müddəti” sütununda "2017–2018” rəqəmləri "2017–2019” rəqəmləri ilə əvəz edilsin;

 1.12.10.aşağıdakı məzmunda 2.4.1-1-ci bənd əlavə edilsin:

 

2.4.1-1.

Dövlət sektoru ilə əlaqələr zamanı yazışmaların tamamilə elektronlaşdırılması və kağız daşıyıcılardan istifadənin aradan qaldırılması

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

 

2017–2019

1.13. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin "10. Tədbirlər planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.13.1. 1.1.1-ci yarımbənddə "Əsas icraçı” sütununda "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası” sözləri "Energetika Nazirliyi” sözləri ilə, "İcra müddəti” sütununda "2018” rəqəmləri "2017–2018” rəqəmləri ilə əvəz edilsin, "Digər icraçılar” sütunundan "Energetika Nazirliyi” sözləri çıxarılsın;

1.13.2. 1.1.2-ci yarımbənddə "Əsas icraçı” sütununda "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası” sözləri "Maliyyə Nazirliyi” sözləri ilə əvəz edilsin, "Digər icraçılar” sütunundan "Maliyyə Nazirliyi” sözləri çıxarılsın;

1.13.3. 1.1.4-cü, 1.1.6-cı, 2.1.2–2.1.4-cü, 2.2.2-ci, 3.1.1-ci, 3.2.1-ci, 3.2.4–3.2.9-cu, 3.4.1-ci, 4.1.2-ci, 4.1.3-cü, 5.1.1–5.1.3-cü, 6.1.1-ci, 6.1.2-ci, 6.1.4-cü, 7.1.1-ci, 7.1.3-cü, 7.1.5-ci, 7.2.2-ci, 7.2.3-cü, 7.3.1-ci və 7.3.2-ci yarımbəndlərdə "Digər icraçılar” sütununda "Tənzimləyici orqan” sözləri "Enerji Məsələlərini Tənzimləmə Agentliyi” sözləri ilə əvəz edilsin;

1.13.4. 1.1.5-ci yarımbənddə "Digər icraçılar” sütununda "Təhsil Nazirliyi” sözlərindən sonra ", Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi” sözləri əlavə edilsin;

1.13.5. 2.3.1-ci və 2.3.2-ci yarımbəndlərdə "Digər icraçılar” sütununda "Tənzimləyici orqan” sözləri "Enerji Məsələlərini Tənzimləmə Agentliyi” sözləri ilə əvəz edilsin, "Azərenerji” ASC” sözlərindən sonra ", Azərbaycan Respublikası Dövlət Neft Şirkəti” sözləri əlavə edilsin;

1.13.6. 2.3.3-cü yarımbənddə "Digər icraçılar” sütununda "Azərenerji” ASC” sözlərindən sonra ", Azərbaycan Respublikası Dövlət Neft Şirkəti” sözləri əlavə edilsin, "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2018” rəqəmləri ilə əvəz edilsin;

1.13.7. 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərdə "Digər icraçılar” sütununda "Tənzimləyici orqan” sözləri "Enerji Məsələlərini Tənzimləmə Agentliyi” sözləri ilə əvəz edilsin, "İcra müddəti” sütununda "2017–2020” rəqəmləri "2018–2020” rəqəmləri ilə əvəz edilsin;

1.13.8. 3.2.2-ci, 3.2.3-cü və 4.1.1-ci yarımbəndlərdə "Digər icraçılar” sütununda "Tənzimləyici orqan” sözləri "Enerji Məsələlərini Tənzimləmə Agentliyi” sözləri ilə əvəz edilsin, "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.13.9. 3.3.1-ci yarımbənddə "Əsas icraçı” sütununda "Tarif (qiymət) Şurası” sözləri "Enerji Məsələlərini Tənzimləmə Agentliyi” sözləri ilə, "Digər icraçılar” sütununda "Tənzimləyici orqan” sözləri "Tarif (qiymət) Şurası” sözləri ilə əvəz edilsin;

1.13.10. 3.3.2-ci yarımbənddə "Əsas icraçı” sütununda "Tarif (qiymət) Şurası” sözləri "Enerji Məsələlərini Tənzimləmə Agentliyi” sözləri ilə, "Digər icraçılar” sütununda "Tənzimləyici orqan” sözləri "Tarif (qiymət) Şurası” sözləri ilə əvəz edilsin, "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2018” rəqəmləri ilə əvəz edilsin;

1.13.11. 3.3.3-cü yarımbənddə "Əsas icraçı” sütununda "Tarif (qiymət) Şurası” sözləri "Enerji Məsələlərini Tənzimləmə Agentliyi” sözləri ilə, "Digər icraçılar” sütununda "Tənzimləyici orqan” sözləri "Tarif (qiymət) Şurası, "Azərenerji” ASC, "Azərişıq” ASC” sözləri ilə əvəz edilsin, "İcra müddəti” sütununda "2017” rəqəmləri "2017–2020” rəqəmləri ilə əvəz edilsin;

1.13.12. 3.4.2–3.4.4-cü yarımbəndlərdə "Əsas icraçı” sütununda "Tənzimləyici orqan” sözləri "Enerji Məsələlərini Tənzimləmə Agentliyi” sözləri ilə əvəz edilsin;

1.13.13. 4.1.5-ci yarımbənddə "Digər icraçılar” sütununda "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti” sözlərindən sonra ", Əmlak Məsələləri Dövlət Komitəsi, Maliyyə Nazirliyi” sözləri əlavə edilsin;

1.13.14. 7.2.1-ci yarımbəndlərdə "Digər icraçılar” sütununda "Tənzimləyici orqan” sözləri "Enerji Məsələlərini Tənzimləmə Agentliyi” sözləri ilə əvəz edilsin, ""Azəristiliktəchizat” ASC” sözlərindən sonra ", Dövlət Şəhərsalma və Arxitektura Komitəsi” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı