Dövlət Neft Fondunun gəlir və xərcləri təsdiqləndi - CƏDVƏL

img

17-07-2018 [18:41]


Bu gün Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası, gəlirlər 12 137 503,3 min manat, xərclər 11 015 537,9 min manat və ya Fondun 2017-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 112,2%, xərclər üzrə 72,3% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilib:

Sıra №-si                                    Göstəricilərmin manatla
Gəlirlər, cəmi12 137 503,3
 o cümlədən: 
 1.Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)11 029 988,9
 2.Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün ödədikləri akrhesabı ödənişlər3 605,5
 3.Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər17 914,9
 4.Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilərin ödədikləri bonuslar (mükafatlar)2 407,6
 5.Dövlət Neft Fondunun valyuta aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlər1 083 586,4
   
Xərclər, cəmi11 015 537,9
 o cümlədən: 
 1.Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi104 999,9
 2.Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfert6 100 000,0
 3.Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi69 997,2
 4.Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi20 557,4
 5.2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramının maliyyələşdirilməsi17 009,7
 6.Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert3 949 484,8
 7.Türkiyə Respublikasında "Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi735 422,2
 8.Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər18 066,7

 


Digər xəbərlər
SON XƏBƏRLƏR