Nəsimidə növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi

img

17-07-2018 [16:58]


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin artırılması, maddi rifahının yüksəldilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələrin reallaşdırılması davam etdirilir.

Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində geniş abadlıq işləri aparılmış, yüksəkmərtəbəli çoxsaylı binaların fasadları əsaslı təmir olunmuş və «Abad həyət»lər salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir "Abad həyət” 4-cü mikrorayon Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 saylı binaların əhatə etdiyi məhəllədə sakinlərin ixtiyarına verilmişdir. Bu ünvanda doqquz mərtəbəli, 8 bloklu, 138 mənzilli A.Məhərrəmov küçəsi 68 saylı evin və beşmərtəbəli 12 bloklu 180 mənzilli Mir Cəlal küçəsi 10 saylı evin fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilmiş, hər iki binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Məhəllədə yaşıllaşdırma işləri aparılmış və həyətə həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri üçün 5 söhbətgah və 20 oturacaq quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarını səmərəli keçirilmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri və idman meydançası quraşdırılmışdır. Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək 2,5 ha ərazidə asfaltlaşma və təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.
Növbəti abad həyətin sakinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Asif Əsgərov qeyd etdi ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hal-hazırda rayonunun ayrı-ayrı ünvanlarında binaların fasadlarında əsaslı təmir işləri və həyətlərində abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.
Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 ünvanlarında yaşayan sakinlər ─ Humay Pənahova, Həbib Vəliyev, Samirə Abbasova, Fatma Həsənova və digərləri çıxış edərək həyətlərində aparılan abadlıq, yenidənqurma və yaşıllaşdırma işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.







Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı