"İcra başçısı üçün başqa satacaq yer yoxdurmu?" - Xətai sakinlərindən kiçik parkda tikinti aparılmasına etiraz

img

17-07-2018 [16:30]


Ötən gün Prezident İlham Əliyevin hökumətin iclasında Bakıda dayanacaqları, parkları, səkiləri satan icra başçılarına xəbərdarlığı deyəsən Xətai rayonunda ciddi qarşılanmayıb.

Bu barədə "Reytinq” vasitəsi ilə Prezidentə şikayət ünvanlayan Xətai rayonunun S.Vəzirov küçəsi 11 və 15-də yaşayan 8 binanın bir qrup sakinləri məlumat veriblər.

Sakinlər bildirib ki, yaşadıqları məhəllədə kiçik park var və bu barkı bir neçə il əvvəl hansısa məmur  dəmir "reşotka"ya aldırıb, tikinti aparmaq istəyir: "Hətta burada olan ağacların da müəmmalı şəkildə qurudulmasına da başladılar. Həmin vaxtı bizim çoxsaylı şikayətlərimizdən sonra həm tikinti, həm də ağacların məhv edilməsi dayandırıldı. Ancaq hər dəfə 5-6 ay keçəndən sonra yenidən hansısa məmur yenidən parkı özününküləşdirməyə cəhd etməyə başlayır”.

Sakinlər presidentə üz tutaraq bildirir ki, ölkə rəhbərliyi həmişə yaşıllıq ərazilərin qorunmasına xüsusi diqqət ayırıb: 

"Hətta bir çox icra başçıları və iş adamlarını məhz ağac soyqırımına görə ağır cəzalanıdırılıb. Əlbəttə, bütün bunlar camaatın ürəyindən xəbər verir. Ancaq Xətainin icra başçısı o qədər harınlayıb ki, hətta Mehriban Əliyeva ilə Leyla Əliyevanın tez-tez ağac əkib, yaşıllıq salmaq kimi nəcib əməllərindən də nəticə çıxarmır. Elə harada boş və yaşıllıq ərazi görür, dərhal ya satır, ya da özününküləşdiri. Bu adam nə xalqı, nə rayonu düşünür. Onun bütün diqqəti qanunsuz yollarla pul qazanmaqdır.

Cənab president, yaşadığımız Xətai rayonu, S.Vəzirov küçəsində də bənzər vəziyyət yaranıb. Rayon rəhbərliyi illərdir ərazidə mövcud olan 8 binanın yüzlərlə sakinlərinin istirahət etdiyi, uşaqlarımızın oynadığı 15-20 sotluq kiçik, ancaq yaşıllıqla zəngin parkı kiməsə satıblar. Naməlum şəxslər də bir neçə ildir həmin parkı dəmir "reşotka"ya alaraq, girişi məhdudlaşdırıblar. Təxminən bir il əvvəl də həmin parkda tikinti aparmaq istədilər. Lakin sakinlər bir nəfər kimi  etiraz elədi. Bundan sonra rayon yoxa çıxdılar. Lakin sizing iki gün əvvəl keçirdiyiniz müşavirdən az əvvəl yenidən naməlum şəxslər həmin parkda görünməyə başladılar. Çox ağır dərddir ki, onlar parkın ərazisinə ağır texnika salıb, oranı qazmağa başlayıblar. Görünür, ya biznes obyekt, ya da yaşayış binası tikəcəklər. Bəyəm, başqa yer yoxdurmu? Niyə bu gözəllikdə parkı şəxsi qazanc naminə məhv etməlidirlər? Niyə Bakının nəfəsliyini böğurlar? Kimdir bu xalqın düşmənləri?”.

Sonda sakinlər prezidentdən parkı satan Xətainin icra başçısı haqda təıdbir görülməsini və qanunsuz tikintinin dayandırılmasını xahiş ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR