Gəncə hadisələri ilə əlaqədar daha dörd nəfər həbs edilib

img

17-07-2018 [15:19]


İyulun 3-də və 10-da Gəncədə törədilmiş cinayət hadisəsi ilə əlaqədar iyulun 16-da daha dörd nəfər həbs edilib.

Hüquq mühafizə orqanlarından "Report"a bildiriblər ki, həbs olunanlardan Qurbanov Ceyhun Ələkbər oğlu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmaqda təqsirləndirilir. C.Qurbanov Yunis Səfərovun yaxın qohumudur.

Həbs edilmiş digər şəxslər isə iyulun 10-da Gəncədə baş vermiş hadisənin fəal iştirakçıları Allahverdiyev Vüqar Rauf oğlu, Həsənov Ülvi Saləddin oğlu və Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etməsi üçün Gəncəyə aparılmasını təşkil etmiş Yusifov Alim Vahid oğludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq