Bakıda qadın özünü binadan atdı - "Qızımın burada nə işi var?" (VİDEO)

img

17-07-2018 [14:19]


Bakı şəhəri, Yasamal rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Mia.az open.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, "Şərur" MTK-ya məxsus binada baş verib. Qadın özünü binanın 17-ci mərtəbəsindən atıb.

Bina sakinlərinin sözlərinə görə, dünən gecədən mənzillərdən birində qadın ağlaması eşidilib: "Həyətə çıxdıq. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə ədyal atdılar".

"Bir azdan qızın anası gəldi. Təəccüblə "bura haradır, mənim qızımın burada nə işi var?" dedi. Mənzərə çox vahiməli idi" - deyə hadisəni çəkən qonşular bildiriblər.





Digər xəbərlər
SON XƏBƏRLƏR