“Heç kəsə sirr deyil ki, biz İlham Əliyevin səfəri ərəfəsindəyik, ona görə də..." - Rusiya səfirindən açıqlamalar

img

17-07-2018 [14:11]


"Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfərinə hazırlıq gedir”.

Bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov deyib.

"Heç kəsə sirr deyil ki, biz Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri ərəfəsindəyik. Ona görə də, iki ölkə arasında olan məsələlər aktuallaşmalıdır, tərəflər lazımı sənədləri imzalanmağa hazır vəziyyətə gətirməlidir. Proses gedir. Baxmayaraq k, yay dövrüdür, bizim işimiz gərgindir”, - deyə səfir vurğulayıb.

M. Boçarnikov Azərbaycanda diplomat kimi fəaliyyətə başlamasından danışıb: "Mən cəmi bir aydır Azərbaycanda səfir kimi fəaliyyət göstərirəm. Ona görə də, ilk təəssüratlarımı sizinlə bölüşə bilərəm. İlk təəssüratım ondan ibarətdir ki, Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir. Bu gün biz Rusiya Ticarət-Sənaye Palatasında olduğumuzdan, iki ölkə arasındakı iqtisadi münasibətlərdən danışmaq istərdim. Rusiya və Azərbaycan arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir. İkitərəfli münasibətlərin gündəliyində olan məsələlər çoxdur. Həm biznes səviyyəsində iş adamlarının, həm də hər iki ölkənin İqtisadiyyat nazirliklərinin nümayəndələrinin görüşləri olduqca vacibdir”.

Rusiyalı diplomat iki ölkə arasında siyasi münasibətlərə də toxunaraq qeyd edib ki, Rusiya və Azərbaycan arasında siyasi münasibətlər çox yaxşı inkişaf edir: "Hər şey bizim prezidentlərin arasında olan mehriban və şəxsi münasibətlərə söykənir. Belə əhval-ruhiyyə bizim siyasi əlaqələrimizin bütün səviyyələrinə yayılır. Ona görə də mən Rusiya-Azərbaycan münasibətlərinin gələcəyini nikbin görürəm”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq