"Bu gün kimləri vəzifəyə təyin edirlərsə,..." - Partiya sədri təyinatlardan danışdı

img

17-07-2018 [12:35]


Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub.

Çox maraqlıdır, günlərin bir günü Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də Bakı meri təyin olunsaydı, ilk işi nə olardı?

Hafiz Hacıyev Moderator.az -a açıqlamasında bildirdi ki, vəzifəyə təyin edilsəydi, millətçiliyin möhkəmlənməsi uğrunda xidmətlər göstərərdi:

"Ölkə başçısı kimi məsləhət bilirsə, adətən vəzifəyə onu təyin edir. Biz həmişə rüşvətxorluğa qarşı mübarizə aparan, ədalət və millət tərəfində olan insanlarıq. Düşünmürəm ki, bizi kimlərsə vəzifəyə təyin edər. Bu gün kimləri vəzifəyə təyin edirlərsə, Allah canların sağ eləsin. Hər halda bizi qoysaydılar, daha çox millətimizin idarə olunmasında iştirak edərdik. Bu kimi işlərdə ölkə baçısına kömək etmək istəyirik. İstəyərdik ki, ən ağır yerlərdə çalışaq və görsünlər ki, müxalifət liderinin gücü nəyə çatır. Hələlik bizim elə bir şansımız yoxdur. Vəzifəyə təyin olunsaydıq, çox ciddi mübarizə aparardıq və çalışardıq ki, millətin ən ağrılı yerinə məlhəm olaq, xalq arasında millətçiliyin möhkəmlənməsində xüsusi xidmətlərimiz olsun. Bizim arzumuz millətdir, onların arasında olan narazılığı aradan qaldırmaqdır. Hər halda düşünürəm ki, Eldar müəllim də təcrübəli yoldaşdır və istərdik ki, mer olsun, amma dövlət başçısı nə məsləhət görürsə, o da olur”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR