17-07-2018 [11:26]
İsti yay günlərində paytaxt əhalisinin üz tutmaq istədiyi yerlərdən biri də dənizdir. Amma bəzi işbazların əlindən, Tanrı tərəfindən xalqa sərvət olaraq pay edilən dənizdən əhalimiz istədiyi kimi istifadə edə bilmir. Dəniz demək olar ki, başdan-ayağa kimi işbazların "işğalındadır”. Onların yalnız bir amalı var, necə edim ki, yay "sezonundan” istifadə edib özümə külli miqdarda pul qazanım. Əhaliyə xidmət, çimərlikdən istifadə edənlərin təhlükəsizliyi onları qətiyyən maraqlandırmır. Həmin məkan sahiblərini danışdıranda da deyillər ki, dənizdə kim istəyir pulsuz çimə bilər, biz ona mane olmuruq. Dəniz kənarında bütün tərəfi zəbt edən bu işbazların əlindən qumun üstündə oturmağa belə yer tapmayan əhali məcbur qalıb, onlardan bir qabaq stolu və oturacaq stolunu 15 manat ödəyərək götürür.
Əməkdaşlarımız həftə sonu (bazar günü) belə məkanlardan birində gördüklərini qələmə alıblar. Həmin məlumatlarla tanış olduqda məlum olur ki, Novxanıda yerləşən "Novxani Katamaran Beach” adlı çimərlikdə yaşananlar əsl dəhşətdir. Heç bir əsaslandırma olmadan adi günlərdə 10 manata verilən stolu, bazar günü olduğu səbəbindən 15 manata satırlar. Həmin pulun müqabilində hansı xidmətin göstəriləcəyini soruşduqda isə müştərilərə kobud cavab verilir. Buna etiraz edənlər müdriyyətin saxladığı qoluzorlu "oxranalar” tərəfindən məkandan kənarlaşdırılır.
Azinforum.az-ın əməkdaşları həmin məkanda olduqları müddətdə çox maraqlı halın da şahidi olublar. 15 iyun günorta saatlarında bir nəfər qanın içində dənizdən kənara çıxarılıb. Məlum olub ki, həmin şəxs əslən Naxçıvan MR-in Ordubad rayonundan olan "Miriş” kimi tanınan Qarabağ qazisidir. Ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən çimməyin qadağan edildiyinə dair xüsusi qadağan löhfəsinin vurulduğuna baxmayaraq, "Katamaran Beach”in sahibləri bu qadağaya əməl etmir. Elə bu səbəbdən də, insan həyatı üçün təhlükəli olan belə ağır xəsarətlərin "Katamaran”da tez-tez olduğu bildirilir. "Miriş” də bunu bilməyib dənizə kəllə vuranda başından və burnundan çox ağır xəsarət alıb və nəticədə onu qan aparıb.
Həmin məkanın icraçı şefi kimi özünü qələmə verən Şahin adlı bir nəfər "Mirişin” vəziyyətinin ağır olmasına baxmayaraq, təcili yardım çağırmağa imkan verməyib ki, birdən "obyektin” adı qeydiyyata düşər və onların ünvanına "ÇP” yazılar. Xeyli qan itirəndən sonra "Miriş”in ürəyi gedir və o hüşsuz vəziyyətdə yerə yıxılır. Obyektin rəhbəri olan Şahinin həkimlik səyləri nəticə vermədiyindən, ətrafdakılar ölümcül vəziyyətdə olan "Mirişi” xilas etmək üçün, özləri təcili yardım çağırır və nəticədə hadisə yerinə gələn təcili yardım maşını xərəkdə "Mirişi” götürüb xəstxanaya aparırlar. Onun ölüb və ya qaldığı barədə məlumatımız yoxdur, ancaq müşahidəmiz nəticəsində gördük ki, Şahin həmin hadisədən elə də əndişələnmədi. Əksinə, daha da şıdrığı alver etməyə başladı. Həmin məkanda yemək də satırlar. Ancaq maraqlıdır ki, sonda gətirilən hesab çekində ümumi hesabın 10 faizi məbləğində xidmət haqqı tələb edilir. Yenə də anlaşılmaz vəziyyət yaranır. 15 manata boş stol satıb, bunu xidmət kimi qeyd etmək hara, ümumi hesabdan 10 faiz xidmət haqqı tutmaq hara? Bütün bu iradlara Şahinin bir cavabı olur: "Bu obyektin yiyəsi naxçıvanlıdır, arxası da bərkdir, gedin hara istəyirsiniz şikayət edin”. Soyğunçuluq bununla da bitmir. Dənizdən çıxan adam qumunu təmizləyib, paltarını dəyişmək də ona bir manata başa gəlir. Və ən nəhayət qapıdan çıxanda da sizin maşının qabağını kəsib bir manat dayanacaq haqqı tələb edirlər. Bütün bu yaşananlar faktdır və yazılanların sübutuna aid fotoları da təqdim edirik. Araşdırmamız zamanı o da məlum oldu ki, sözügedən obyekt həqiqətən də, əslən Naxçıvandan olan bir iş adamına məxsusdur. Keçən ilə kimi, məkanı həmin adamın özü işlədib və obyektdə indiki mənzərə hakim olmayıb. Hazırda "Katamaran”ı əslən Qəbələ rayonundan olan icarədarlar işlədir. Barəsində danışdığımız Şahin də həmin icarədarlardan biridir. Bir fakta da əmin olduq ki, sözügedən məkana əlaqədar dövlət qurumlarının mütləq baş çəkib, ölçü götürmələri vacibdir. Yoxsa, ora gedən hər bir adam sabahın potensial "Mirişi” ola bilər və qanı da batar…
Çinarə SEYİDOVA,
Azinforum.az
(Fotolar müəllifə məxsusdur)
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)