16-07-2018 [20:34]
"Görüş açıq və işgüzar mühitdə keçdi. Bu gün həm Rusiya, həm də ABŞ digər təhlükələrlə üz-üzədir. İki nüvə nəhəngi kimi biz beynəlxalq təhlükəsizliyin təmin olunması işində məsuliyyət daşıyırıq. Hesab edirik ki, hərbi-siyasi və silahsızlanma məsələlərində birgə işləməyə hazırıq. Biz terrora qarşı birgə mübarizənin tərəfdarıyıq. Bizim xüsusi xidmət orqanlarımız bir yerdə işləyir və çox uğurlu işləyir”.
Bunu ABŞ prezidenti ilə görüşdən sonra keçirilən birgə brifinqdə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
O qeyd edib ki, görüşdə regional böhranlar bağlı müzakirələr də aparılıb: "Bütün məsələlərdə mövqelərimiz üst-üstə düşmür. Lakin mövqelərimizin üst-üstə düşdüyü məsələlər də var. Rusiya və ABŞ Suriya məsələsində təşəbbüsü öz əlinə ala və qaçqınların öz doğma evlərinə qayıtmasına kömək edə bilər. Ukrayna böhranına diqqət ayırdıq. Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyi qeyd olunub. İki ölkə arasında ticarət-iqtisadi əlaqələri müzakirə etdik. Prezident Tramp Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etməsi ilə bağlı məsələni xatırlatdı. Mən bir daha qeyd etdim ki, Rusiya hökuməti heç vaxt ABŞ-da seçkilərə müdaxilə etməyib. Biz ilk tam formatlı görüşümüzdən razıyıq. Ümid edirəm ki, biz bir-birimizi daha yaxşı başa düşməyə başlamışıq”.
ABŞ prezidenti Donald Tramp isə rusiyalı həmkarı Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib: "Bizim açıq və məhsuldar dialoqumuz oldu. Dialoq təkcə ABŞ üçün deyil, həm Rusiya, həm də bütün dünya üçün yaxşıdır. Bugünkü görüş uzun prosesin başlanğıcıdır”.
Tramp rusiyalı həmkarı ilə İrana təzyiq göstərilməsi məsələsini müzakirə etdiyini söyləyib: "Suriya məsələsini müzakirə etdik. Bu, çox çətin məsələdir. İmkan verməyəcəyik ki, İran İŞİD-ə qarşı uğurlu kampaniyamızdan istifadə etsin”.
***
"Mənim seçki kampaniyam dövründə heç bir sövdələşmə olmayıb. Mən, heç Rusiya prezidentini tanımamışam”.
Bunu ABŞ prezidenti Donald Tramp bu gün rusiyalı həmkarı Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Ona ünvanlanan "ABŞ kəşfiyyatı iddia edir ki, Rusiya seçkilərə müdaxilə edib, Rusiya isə deyir ki, etməyib. Siz kimə inanırsız?” sualına cavabında Tramp hər iki tərəfə inandığını söyləyib.
Həmin suala Putin isə belə cavab verib: "Mən də kəşfiyyatda işləmişəm və dosyelərin necə hazırlandığını bilirəm. Bu məsələ ilə bağlı son qərarı operativ xidmət orqanları deyil, məhkəmələr verir… Sizə kim deyib ki, Tramp mənə güvənir və ya mən Trampa güvənirəm. Heç kəs heç kəsə güvənmir. Heç güvənmək də lazım deyil. Tramp öz ölkəsinin maraqlarını müdafiə edir. Seçki kampaniyası dövründə hansısa sövdələşmənin olması haqqında məlumat yalandır. Bəli, Trampın seçki kampaniyası dövründə Rusiya ictimaiyyətində ona böyük simpatiya olub. İstəyirdim ki, Tramp seçkilərdə qələbə qazansın”.
Putin Rusiyanın əlində Trampla bağlı kompromatların olması haqqında da suala cavab verib: "Tramp Moskvaya gələndə, mən heç onun Moskvada olduğunu bilməmişəm. Trampa böyük hörmətim var. O, biznesmen kimi gəlib. Peterburq İqtisadi Forumunda yüzlərlə amerikalı biznesmen iştirak edir. Biz onların hər biri haqqında dosye toplayırıq, kompromat hazırlayırıq?”/APA.
***
"Bizim açıq və məhsuldar dialoqumuz oldu. Dialoq təkcə ABŞ üçün deyil, həm Rusiya, həm də bütün dünya üçün yaxşıdır. Bugünkü görüş uzun prosesin başlanğıcıdır".
Bunu ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Tramp rusiyalı həmkarı ilə İrana təzyiq göstərilməsi məsələsini müzakirə etdiyini söyləyib: "Suriya məsələsini müzakirə etdik. Bu çox çətin məsələdir. ABŞ imkan verməyəcəyik ki, İran İŞİD-ə qarşı uğurlu kampaniyamızdan istifadə etsin"/APA.
***
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə ABŞ-ın "Washington Capitals” komandasında çıxış edən rusiyalı xokkeyçi Aleksandr Oveçkinin maykasını, habelə xokkey şaybası hədiyyə edib.
Cari mövsümdə məhz bu klub Stenli kubokunu əldə edib.
Bu barədə Rusiya dövləti başçısının mətbuat katibi Dmitri Peskov deyib.
"Prezident Tramp Oveçkinin maykasını və şayba bağışlayıb”, - deyə o bildirib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"