Trampla Putin 2 saat 10 dəqiqə çəkən təkbətək görüşdən sonra birgə nahar edib - FOTO

img

16-07-2018 [19:35]


Bu gün Trampla Putin 2 saat 10 dəqiqə çəkən təkbətək görüşdən sonra Helsinkidə birgə nahar ediblər.

Mia.az xarici mətbuata istinadən bildirir ki, naharda hər iki ölkənin nümayəndə heyəti iştirak edib.

Onların arasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, mətbuat katibi Dmitri Peskov, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov, xarici işlər naziri Sergey Lavrov, Rusiyanın ABŞ-dakı səfiri Con Hantsman, ABŞ dövlət katibi Mayk Pompeo, milli təhlükəsizlik üzrə müşavir Con Bolton, müşavir Fiona Hill  və başqaları da olub.

Yemək zamanı Tramp Rusiya prezidenti ilə görüşünü müsbət dəyərləndirib: "Bu, hamı üçün çox-çox yaxşı başlanğıcdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR