Prezident onları şura üzvü təyin etdi: Əli Həsənov, Əbülfəs Qarayev, Azad Rəhimov, Əflatun Amaşov...

img

16-07-2018 [19:26]


Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamla aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin ediliblər:

Həsənov Əli Məhəmmədəli oğlu - Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri

Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikasının təhsil naziri

Qarayev Əbülfəs Mürsəl oğlu - Azərbaycan Respublikasının mədəniyyət naziri

Rəhimov Azad Arif oğlu - Azərbaycan Respublikasının gənclər və idman naziri

Hüseynova Hicran Kamran qızı - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Qurbanlı Mübariz Qəhrəman oğlu - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Amaşov Əflatun Əhməd oğlu  - Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı.

Digər xəbərlər
SON XƏBƏRLƏR