Putin və Trampdan mətbuata ilk açıqlama: "Ağrılı məsələlər haqqında ətraflı danışmağın vaxtı çatıb..." + FOTO

img

16-07-2018 [17:38]


ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında təkbətək görüş başa çatıb.

Bu məlumatı "RİA Novosti” yayıb. 

Görüş 2 saat 10 dəqiqə davam edib.

Donald Tramp Vladimir Putinlə təkbətək görüşü "çox yaxşı başlanğıc” adlandırıb. Prezidentlər işgüzar nahar formatında danışıqları davam etdirib/Report.

****

Rusiya prezidenti  Putin və ABŞ prezidenti Donald Tramp görüşdən əvvəl mediaya qısa açıqlama ilə çıxış ediblər.

Mia.az APA-ya istinadən xəbər verir ki, V. Putin amerikalı həmkarı ilə görüşməkdən məmnun olduğunu söyləyib. O, D. Trampla daimi təmaslarının davam etdiyini, telefonla danışdıqlarını və müxtəlif tədbirlər çərçivəsində bir neçə dəfə görüşdüklərini bildirib: "Əlbəttə ki, ikitərəfli münasibətlərimiz və dünyanın müxtəlif ağrılı məsələləri haqqında ətraflı danışmağın vaxtı çatıb, onların sayı kifayət qədər çoxdur”.

D. Tramp isə qeyd edib ki, ABŞ- Rusiya münasibətlərini yaxşılaşdırmaq şansı var: "Bütün dünya ABŞ və Rusiya arasında yaxşı münasibətlərin olmasında maraqlıdır”.

D. Tramp rusiyalı həmkarı ilə ticarət, hərbi məsələlər, nüvə problemi və Çinlə münasibətlər barədə müzakirə aparacaqlarını söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR