"Azərbaycana qarşı olan qüvvələr sosial şəbəkələrdən istifadə edirlər” - Mətbuat Şurasının sədri

16-07-2018 [15:42]
"Bu gün Azərbaycanda sosial şəbəkələrdə 3 milyona qədər insan var və çox təəssüf ki, Azərbaycana qarşı olan qüvvələr sosial şəbəkələrdən istifadə edirlər”.

Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov "Media: Dini radikalizmlə mübarizə” adlı konfransda deyib.

Ə.Amaşov bildirib ki, ona görə də bu sahədə olan məsələlərə aydınlıq gətirilməsinə çalışılır.

MŞ sədri vurğulayıb ki, kənardan Azərbaycanın daxili siyasətinə müdaxilə etmək mümkün deyil.

Ə.Amaşov bildirib ki, mühüm layihə olan TANAP layihəsinin həyata keçirilməsindən sonra Gəncə hadisələrinin baş verməsi insanı nələrisə düşünməyə vadar edir: "Baş verən hadisələrlə İslam dininin əlaqəsi yoxdur, ayrı-ayrı qruplar din pərdəsi altında gizlənərək öz niyyətlərinə çatmaq istəyirlər. Azərbaycan mediası bunu görür, mediada çalışanlar isə Azərbaycanın gələcəyindən narahat olan insanlar kimi öz işlərini düzgün qururlar”.

Trend


SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə