Şriftin ölçüsü / 342 dəfə oxunub

Aşıq Namiq ATV-ni və Fəzaili məhkəməyə verir - YENİ QALMAQAL

16 Iyul 2018 [11:01]
Aşıq Namiq Fərhadoğlu həmkarı Fəzail Miskinlini və ATV kanalını məhkəməyə verməyə hazırlaşır.

Mia.az xəbər verir ki, bu barədə "Ölkə.Az"a aşığın özü məlumat verib. Onun sözlərinə görə, reklam fasiləsində baş verənlərin ictimailəşdirilməsi doğru deyil:

"Fəzaillə tonla çörək kəsmişik, dostluq etmişik, eyni bölgədənik. Amma o, mənim tənqidimə dözümsüz davranaraq, o cür hərəkətlər etdi. Bu görüntüləri yaydığına görə ATV kanalını, eyni zamanda Fəzail Miskinlini məhkəməyə verəcəyəm. Ya onlardan təzminat alacağam, ya da hər iki tərəf media qarşısında məndən üzr istəməlidir. Bu bardə Fəzailə də xəbərdarlıq etmişəm. Dedim ki, eloğluyuq, üzr istə, üzr istədiyin videonu mediaya təqdim et. Bir həftə vaxt vermişəm. Üzrxahlıq olmahacağı halda, 50 min manat təzminat tələb edəcəyəm".




SON XƏBƏRLƏR