Milyonlarla insan "Şəhidlər körpüsü"nə doğru yürüş etdi - Ərdoğandan mühüm mesajlar + VİDEO

img

15-07-2018 [23:27]


Məlum olduğu kimi, bu gün Türkiyə 2016-cı ilin 15 iyulunda FETÖ terror təşkilatının hərbi çevrilişə cəhdi nəticəsində şəhid olanların ikinci ildönümünü qeyd edir.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "15 İyun Demokratiya və Milli Birlik Günü” çərçivəsində keçirilən anma mərasimində milyonlarla insan Şəhidlər körpüsünə doğru yürüş etməyə başlayıb.

Qeyd edək ki, həmin günü Türkiyə 251 şəhid verib, minlərlə insan yaralanıb, qazi olub.

Bu dəqiqələrdə prezident Ərdoğan milyonlarla insanın qarşısında çıxış edib. 

Ərdoğan bildirib ki, 15 iyul türk millətinin yenidən doğulması, yeni dirilişidir: "15 iyul milli iradənin, böyük demokratiyanın qələbəsidir".

Prezident qeyd edib ki, FETÖ-ya qarşı çox güclü mübarizə aparılıb, aparılacaq: 

"Biz çevrilişə dirənənləri, şəhid olanları, qazi olanları heç vaxt unutmayacağıq. O günü kimlərin harada olduğunu, harada nələr etdiyinin hamısını çox yaxşı bilirik. Bu millətin qanına əli batmış heç bir kimsə yaxasını qurtara bilməyəcək. Son FETÖ-çu xain hesab verənə qədər mübarizəmiz davam edəcək...". 

Ərdoğanın çıxışını canlı yayımla təqdim edirik:



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı