Modriç ən yaxşı futbolçu, Mbappe ən yaxşı gənc futbolçu, Kurtua isə ən yaxşı qapıçı oldu - Prezidentlər mərasimdə

img

15-07-2018 [21:58]


Xəbər verdiyimiz kimi, bu gün Fransa yığması Xorvatiyaya 4-2 hesabı ilə qalib gələrək, dünya çempionu adını qazanıb.

Mia.az xəbər verir ki, oyundan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Güclü yağış altında keçirilən mərasimdə FIFA prezidenti Canni İnfantino, ev sahibi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç iştirak ediblər.

Mükafatlandırma mərasimində 2014-cü ildə futbol üzrə dünya çempionu Almaniya millisinin kapitanı olmuş Filip Lahm mundialın kubokunu arenaya gətirib.

Xorvatiya yığmasının kapitanı Luka Modriç çempionatın ən yaxşı futbolçusu, Fransa millisinin gənc hücumçusu Kaylian Mbappe isə ən yaxşı gənc futbolçusu elan ediliblər. Ən yaxşı qapıçı adına isə Belçika millisinin qolpikeri Tibo Kurtua layiq görülüb.

Sonra dünya çempionatında ikinci yeri tutan Xorvatiya yığmasının futbolçularına mundualın gümüş medalları təqdim edilib.

Daha sonra XXI dünya çempionu Fransa millisinin üzvlərinə qızıl medallar təqdim olunub.

Nəhayət, çempionatın ən çox gözlənilən anı yetişib. FIFA prezidenti Canni İnfantino XXI dünya çempionu olan Fransa yığmasının kapitanı Uqo Lorisə mundialın kubokunu təqdim edib.

Onu da qeyd edək ki,  növbəti dünya çempionatı 2018-ci ildə Qətərdə keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq