Putin-Tramp görüşünün detalları… - Finlandiya XİN açıqladı

img

15-07-2018 [17:46]


Finlandiya Xarici İşlər Nazirliyi iyulun 16-da Helsinkidə ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüşün detallarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Finlandiya Prezidenti Sauli Niinistö səhər saatlarında D.Tramp və onun xanımı Melaniya ilə görüşəcək.

Rusiya-ABŞ sammiti isə Moskva vaxtı ilə 13:00-da Finlandiya Prezidentinin Sarayında başlayacaq. Sauli Niinistö hər iki prezidenti salamlayacaq. Sonra isə Rusiya və ABŞ liderləri arasında ikitərəli görüş keçiriləcək. Görüşün vaxtı üçün limit seçilməyib.

Görüşdən sonra Tramp və Putinin birgə mətbuat konfransı düzənlənəcək. Daha sonra geniş formatda işçi nahar təşkil olunacaq. Bundan sonra Finlandiya və Rusiya prezidentləri ikitərəfli görüş keçirəcək.

Helsinkidə Rusiya, ABŞ və Finlandiya xarici işlər nazirlərinin də ayrıca görüşü keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı