"Bu millət tarixdə çox az rast gəlinən böyük bir zəfər əldə etdi" - Ərdoğan

img

15-07-2018 [14:38]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul çevriliş cəhdinin ildönümünə həsr olunmuş yazı yazıb.

Ərdoğanın yazısı "Hürriyət”də dərc olunub.

"27 may çevrilişindən sonra Baş nazir və nazirlərinin, 12 sentyabrdan sonra övladlarının qondarma bəhanələrlə dar ağacına göndərilməsini çarəsizcə, içi qan ağlayaraq izləyən bu millət 15 iyul gecəsi iradəsini xuntaçıların yenidən qəsb etməsinə imkan vermədi. 

FETÖ-çu xainlərə dirənən, üzərinə tuşlanan silahlara məhəl qoymayan əziz millətimiz, 15 iyul gecəsi nümayiş etdirdiyi cəsarətlə, tarixdə çox az rast gəlinən böyük bir zəfər əldə etdi. Türkiyə 15 iyul dirənişi ilə sadəcə çevriliş cəhdini zərərsizləşdirmədi, eyni zamanda bütün dünyada demokratiyanın şərəf və ləyaqətini xilas etdi”, - Ərdoğan bildirib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR