"Yol metro tikintisinə görə çöküb" - Anar Nəcəfli ilkin səbəbi açıqladı

img

15-07-2018 [10:33]


"Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib".

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat yayıb.

Onun sözlərinə görə, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub:

"İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir. Hal-hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır”.

Anar Nəcəfli bildirib ki, Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı