Gələn dünya çempionatı yayda deyil, payızda keçiriləcək - FİFA prezidenti tarixləri açıqladı

img

13-07-2018 [17:44]


2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının keçiriləcəyi tarix təsdiqlənib. 

Bu barədə FİFA-nın prezidenti Canni İnfantino açıqlama verib.

 O bildirib ki, növbəti mundial 4 il sonra noyabrın 21-dən dekabrın 18-dək davam edəcək: "Artıq qərar verilib, bütün ölkələrin liqaları bu barədə məlumatlandırılıb. Əminik ki, əla çempionat olacaq. Çünki oyunçular mundiala əla formada qatılacaqlar". 

Qeyd edək ki, DÇ-2018 Rusiyada keçirilir. İyulun 14-də 3-cü yer uğrunda görüşdə Belçika və İngiltərə, iyulun 15-də final matçında isə Fransa və Xorvatiya üz-üzə gələcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı