Azərbaycanın iki komandası uduzdu, ölkə 1 pillə gerilədi - UEFA reytinqi

img

13-07-2018 [16:57]


UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunlarından sonra reytinq cədvəlini açıqlayıb.

Mia.az bildirir ki, 3 gün ərzində keçirilən 40 görüş Azərbaycanın da mövqeyinə təsirsiz ötüşməyib. "Qəbələ" və "Keşlə"nin məğlubiyyəti ölkəmizi xalsız qoysa da, "Neftçi"nin "Uypeşt" üzərində qələbəsi bizə 0,250 xal qazandırıb. Bu nəticələrdən sonra Azərbaycan xallarının sayını 17,125-ə çatdırsa da, reytinq siyahısında 1 pillə geriləyərək, 22-ci sırada yer alıb. 

Əvəzində isə Belarus yenidən 21-ci pilləyə yüksələrək, bizi qabaqlayıb.

Qeyd edək ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunlarında "Keşlə" Maltada "Baltsan"a 1:4, "Qəbələ" isə doğma meydanda Lüksmburq "Proqresin"ə 0:2 hesabı ilə uduzub. "Neftçi" isə "Dalğa Arena"da "Uypeşt"i məğlub edib - 3:1.

Xatırladaq ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın səfərdə "Olimpiya"nı 1:0 hesabı ilə məğlub etməsi ölkəmizi reytinq siyahısında 22-ci yerdən 21-ci sıraya yüksəltmişdi. Ancaq dünənki nəticələr bizi yenidən əvvəlki mövqeyimizə qaytarıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR