Hadisədən 1 gün əvvəl... - Böyükkişiyevlə bağlı yeni fakt

img

13-07-2018 [16:43]


Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında iyulun 10-da Gəncə şəhərində törədilən qanlı cinayətin bütün iştirakçılarının müəyyənləşdirildiyi, 11 nəfərin həbs olunduğu, Rəşad Böyükkişiyevin isə məhv edildiyi bildirilmişdi.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, istintaq-axtarış əməliyyatı zamanı müəyyən olunub ki, hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyev bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxarıb.

Bu faktlar təsdiq edir ki, Gəncə hadisələri qabaqcadan planlaşdırılıb və bilavasitə xaricdən idarə olunib.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib. Bu faktlar təsdiq edir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib.

Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb/qafqazinfo



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq