“Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb” - Səfir

img

13-07-2018 [15:30]


"FETÖ terror təşkilatına ağır zərbələr vurulub. Türkiyədə də, Azərbaycanda da FETÖ terror təşkilatının beli qırılıb. Bundan sonra da FETÖ-yə təşkilatına qarşı mübarizə davam etdiriləcək”.

Bbunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, Azərbaycan dövləti FETÖ terror təşkilatına qarşı mübarizədə hər zaman səmimi olub: "Məhz buna görə Azərbaycan prezidenti cənab İlham Əliyev başda olmaqla, Azərbaycan dövlətinə öz təşəkkürümü bildirirəm”.

Səfir 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhd edildiyini xatırladıb. O vurğulayıb ki, türk xalqı həmin gün bu xain cəhdə öz layiqli cavabını verib: "15 iyul Türkiyənin tarixində mühüm qəhrəmanlıq günü idi. Təəssüf ki, həmin vaxt 250 nəfər vətəndaşımız şəhid oldu. FETÖ terror təşkilatı 40 ildə dövlətin içinə yerləşib və 15 iyul 2016-cı ildə hakimiyyəti ələ keçirməyə cəhd edib. Bu həmlə heç vaxt cəzasız qala bilməzdi. Təşkilatın rəhbərlərindən olan 661 nəfər barəsində müvafiq qərar qəbul edilib, 101 iş üzrə istintaq aparılır. Eyni zamanda, FETÖ-ya qarşı həyata keçirilən tədbirlər nəticəsində 180 min nəfər dövlət işlərindən uzaqlaşdırılıb”.
apa


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq