21 cinayət işi başlandı, 3 nəfər həbs edildi - Terrorçuluğa açıq çağırışla bağlı

img

13-07-2018 [13:42]


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb və 3 nəfər həbs edilib.

Mia.az xəbər verir ki, bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq