Mehriban Əliyevadan göstəriş - Bu məzunların diplomları tanındı

img

13-07-2018 [13:08]


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yüzlərlə tələbənin haqqını bərpa edib.

Mia.az xəbər verir ki, bu sözləri axar.az-a hüquq müdafiəçisi Səməd Vəkilov deyib. Hüquqşünas bildirib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznesin təşkili və idarə edilməsi fakültəsinin yüzlərlə məzununun təhsil hüquqları kobud şəkildə pozulub:

"Onlara Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İxtisaslaşdırılmış Şurasının 05 iyul 2016-cı il tarixli qərarına əsasən, MBA (Master of Business Administration) proqramı üzrə magistr dərəcəsi verilsə də, diplomlarına doktoranturaya qəbul edilmə hüququ məhdudlaşdırılmışdı. Belə ki, yüzlərlə tələbənin diplomuna "Bu diplom müvafiq ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verir” hüququ verilməsi qeyd edilmişdi. Lakin bundan əvvəl həmin universitetin və digər universitetlərin magistr diplomlarında "Bu diplom doktoranturada təhsili davam etdirmək və müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas verir” hüququ qeyd edilib”.

S.Vəkilov bildirib ki, bu barədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələblərinin rəsmi vəkalətçisi kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib:

"Mehriban xanım problemi dərhal nəzarətə götürdü və qısa müddətdən sonra tələbələrin hüquqları bərpa edildi, məzunların hamısının diplomları dəyişdirildi və onların da digər məzunlar kimi, hüquqları tanındı”.

S.Vəkilov yüzlərlə tələbənin problemini qısa müddətdə ədalətlə həll etdiyi üçün Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib:

"Bu, həm də həyata yeni qədəm qoyan yüzlərlə məzunumuzun təsəvvüründə müsbət mənada dərin iz buraxan hadisədir. Onlar bunu heç zaman unutmayacaqlar. Bu baxımdan Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq