Qardaşının başına bellə vurub xəstəxanalıq etdi - Abşeronda OLAY

img

13-07-2018 [11:18]


Abşeron rayonunda dava zamanı bir nəfər xəsarət alıb.

Mia.az report-a istinadən xəbər verir ki, hadisə Mazasır qəsəbəsində baş verib. Belə ki, 1974-cü il təvəllüdlü Hümbətov Rövşən İmran oğlu qardaşı Ruslan Hümbətovla yaşadığı evdə mübahisə edib. Mübahisə hər iki tərəfin bir-biri ilə əlbəyaxa davası ilə nəticələnib. Dava zamanı R.Hümbətov qardaşının başına bel ilə zərbə vurub. Nəticədə Ruslan Hümbətov açıq kəllə-beyin travması alıb. Yaralı 1 saylı Kliniki Tİbbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Rövşən Hümbətovu saxlayıb.

Fakt araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR