Bakıda bu ərazilərdə sabah qaz olmayacaq - SİYAHI

img

12-07-2018 [20:57]


Paytaxtın bəzi ərazilərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, diametri 720 millimetrlik "Qaradağ-Digah” magistral qaz kəmərinin 25-27-ci kilometrləri arasında dayaqlar üzərinə qaldırılması zərurəti ilə əlaqədar iyulun 13-də saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonunun Tiflis prospekti və 20 Yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yeni yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

"Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR