Şriftin ölçüsü / 103 dəfə oxunub

Beynəlxalq Enerji Agentliyi: "Gələn il dünyada neftə təlabat daha da artacaq"

12 Iyul 2018 [18:22]

Qlobal neft tələbatı bu il gündəlik orta hesabla 99 milyon 100 min barrel təşkil edəcək.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, qlobal neft tələbatının 2019-cu ildə isə 100 milyon 560 min barrel səviyyəsində olacağı proqnozlaşdırılır.

Cari il üzrə qlobal tələbatda ilk sırada gündəlik 34 milyon 700 min barrel ilə Asiya və Sakit Okean ölkələri qərarlaşacaq. Amerika qitəsində bu göstərici gündəlik 31 milyon 800 min barrel, Avropada isə neft tələbatı sutkalıq 15 milyon 100 min barrel təşkil edəcək/Azərtac.



SON XƏBƏRLƏR