Şriftin ölçüsü / 119 dəfə oxunub

"Qatarların hərəkətində heç bir problem yoxdur" - Metropolitendən son açıqlama

12 Iyul 2018 [17:59]
Bakı Metropoliteninin bütün stansiyaları normal şəkildə işləyir və qatarlarında hərəkətində heç bir problem yoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, metronun iki stansiyası – "Memar Əcəmi” və "Avtovağzal” stansiyalarına elektrik enerjisinin verilişində problem yaranmışdı. Lakin həmin vaxt qatarlar tuneldə deyil, platformalarda olub və sərnişinlər üçün heç bir problem yaratmayıb. 

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, 20 dəqiqən sonra elektriki verilişi bərpa olunub və stansiyaların normal fəaliyyəti təmin edilib.


SON XƏBƏRLƏR