Abşeronda yaşıllıq ərazidə güclü yanğın – Hadisə yerinə çoxsaylı yanğınsöndürən avtomobillər cəlb olunub

img

12-07-2018 [16:34]


Bakı-Quba magistral yolunun 20-ci km-də yaşıllıq ərazi yanır. 

"Report"un yerli bürosu xəbər verir ki, yolun Abşeron rayonu ərazisindən keçən hissəsində hektarlarla ərazidə güclü yanğın başlayıb. 

Hadisə yerinə çoxsaylı yanğınsöndürən avtomobillər cəlb olunub. Ərazidə güclü alov müşahidə olunur. 

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür. 

Digər xəbərlər
SON XƏBƏRLƏR