Xorvatiya - İngiltərə qarşılaşması: xorvatlar uzatmada qələbə qolunu vurdu - Fransanın rəqibi bilindi

img

12-07-2018 [00:37]


DÇ-2018-in yarımfinal mərhələsində bu gün Xorvatiya - İngiltərə milliləri qarşılaşıblar.

Mia.az xəbər verir ki, türk hakimi Cüneyit Çakırın idarə etdiyi oyunda komandalar meydana aşağıdakı 11-liklərlə çıxıblar.

Xorvatiya: Subaşiç, Vrsalko, Striniç, Lovren, Vida, Modriç, Rakitiç, Brozoviç, Rebiç, Perişiç, Mandzukiç

İngiltərə: Pikford, Uolker, Stouns, Maquayr, Trippyer, Yanq, Henderson, Linqard, Alli, Sterlinq, Keyn

Oyunun 5-ci dəqiqəsində İngiltərə  Tripperin qolu ilə hesabı açıb: 1-0.

68-ci dəqiqədə isə Pereşiç hesaba tarazlıq gətirib - 1-1

71-ci dəqiqədə Xorvatiyanın daha bir qol fürsəti boşa çıxıb. Top qapı tirindən dönüb.

Bu dəqiqələrdə xorvatlar ingilislərin qapısı önündə təzyiqi artırıblar.

Oyunun əsas vaxtı bərabərliklə bitdiyi üçün hakim oyuna 30 dəqiqə əlavə vaxt verib.

109-cu dəqiqədə Mandzukiç xorvatları önə çıxarıb - 2-1

120-ci dəqiqə bu hesabla bitib. Hakim oyuna daha 4 dəqiqə əlavə edib.  Lakin hesab dəyişməyib və xorvatlar qalib gələrək finalda Fransanın rəqibi olub.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR