ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez "Azercell" beynəlxalq qurum tərəfindən mükafatlandırıldı - FOTOLAR - mia.az
Şriftin ölçüsü / 101 dəfə oxunub

"Azercell" beynəlxalq qurum tərəfindən mükafatlandırıldı - FOTOLAR

11 Iyul 2018 [15:02]
Uğurlu fəaliyyəti ilə yerli və beynəlxalq təşkilatların diqqətini özünə cəlb edən Azərbaycanın lider mobil operatoru "Azercell Telekom” MMC "Qlobal Liderlər Klubu” tərəfindən Azərbaycanda idarəetmə və dayanıqlı inkişaf sahəsində "Ən yaxşı şirkət”, Vahid Mürsəliyev isə "İlin rəhbəri” kimi ödülləndiriliblər. 

Bu barədə şirkətdən Mia.az-a verilən məlumata görə, "Qlobal Liderlər Klubu”-nun Barselonada keçirilən xüsusi tədbirində mükafat Azercell-in prezidenti Vahid Mürsəliyevə təqdim olunub.

"Qafqazinfo” xəbər verir ki, "Qlobal Liderlər Klubu”nun təntənəli təltifetmə mərasimində çıxış edən "Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev təşkilatçılara və münsiflər heyətinə yüksək mükafata və etimada görə təşəkkür edərək təşkilatların idarə olunmasında inkişaf göstəricisi olan beynəlxalq mükafatlar şirkət üçün həm qürür verici, həm də olduqca məsuliyyətli olduğunu bildirib. "Azercell Telekom öz biznesində cəmiyyətin dayanıqlı inkişafına xüsusi önəm verən şirkətdir. Bu sahədə bizim məqsədimiz telekommunikasiya və yeni həlləri vasitəsilə insan həyatını asanlaşdırmaq, onun keyfiyyətini artırmaqdır. Azercell-in fəaliyyətinə beynəlminəl səviyyədə qiymət verilməsi bizim üçün həm şirkəti, həm də Azərbaycanı beynəlxalq arenada tanıtmaq üçün daha bir imkandır” deyə şirkət prezidenti bildirib.

"Qlobal Liderlər Klubu”nun Azercell Telekom-u "Ən yaxşı şirkət” tituluna layiq görməsinin daha bir səbəbi kimi lider operatorun İnsan Qaynaqlarının idarə olunmasında apardığı proseslərin və mövcud sistemlərin ən müasir beynəlxalq standartlara uyğun olması vurğulandı. Xatırladaq ki, Azercell Telekom 2018-ci ilin əvvəlində "Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunmasında davamlı inkişafın göstəricisi kimi QIZIL sertifikat qazanmışdır. Azercell Azərbaycanda Qızıl IIP sertifikatına layiq görülən ilk şirkət, MDB məkanında isə yeganə telekommunikasiya şirkətidir.





ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez
SON XƏBƏRLƏR