warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü
Şriftin ölçüsü / 177 dəfə oxunub

"Ermənistan vətəndaşının Azərbaycan ərazisində xidmət keçməsi işğal deməkdir" - XİN-dən Paşinyanın şousuna cavab

11 Iyul 2018 [12:17]
"Bu, siyasi şoudur və Paşinyan rejimi bununla reytinqini yüksəltməyə çalışır".

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın öz oğlunu işğal olunmuş ərazilərdə hərbi xidmət keçmək üçün göndərməsi məsələsini şərh edərkən bildirib.

"Ermənistan vətəndaşının Azərbaycan ərazisində xidmət keçməsi işğal deməkdir", - XİN-in mətbuat xidmətinin rəhbəri deyib.

O bildirib ki, baş nazir Paşinyan vəzifəyə gələn andan Ermənistan iqtisadiyyatının inkişafı üçün heç bir addım atmayıb: "O, ancaq öz siyasi reytinqinin yüksəldilməsi üçün addımlar atır. Bu cür hərəkətlər konstruktiv xarakter daşımır və regionun sabitləşməsinə xidmət etmir."


SON XƏBƏRLƏR
17:31 19.03.2019
Nazarbayev istefa verdi