Magistrlərin təhsil müəssisələrinə qeydiyyatı başa çatır - DİM-dən xəbərdarlıq

img

11-07-2018 [10:34]


Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrlar tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatı bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər: "Qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər və onlar, boş qalan yerlərin müsabiqəsində də iştirak edə bilməyəcəklər".

Digər xəbərlər
SON XƏBƏRLƏR