Sahil Babayev 5 rayondan şikayətçiləri qəbul edəcək - Lənkəranda

img

11-07-2018 [10:27]


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iyulun 20-də Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, qəbul zamanı Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinləri fərdi qaydada qəbul edilməklə, onların əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun, o cümlədən özünüməşğulluğun təmin olunması məsələlərinə dair müraciətləri dinləniləcək.

Müraciətlərdə əksini tapan məsələlərin qanunvericiliyə uyğun qaydada həlli ilə bağlı tədbirlər görüləcək.

Qeyd olunan rayonların sakinləri iyulun 17-dək qəbula yazıla bilərlər. Qəbula yazılmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət etmək və ya "142 -Çağrı Mərkəzi” ilə əlaqə saxlamaq (adını və soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə) mümkündür. 

Digər xəbərlər
SON XƏBƏRLƏR