Belçika - Fransa qarşılaşması: tək qol fransızları finala çıxardı

img

10-07-2018 [23:53]


Bu gün DÇ-2018-in ilk yarımfinal matçında Belçika və Fransa yığma komandaları üz-üzə gəliblər.

Mia.az xəbər verir ki, "Sankt-Peterburq” stadionunda baş tutan oyuna Belçikalar daha da istəkli başlayıblar. Onlar oyunun ilk 22 dəqiqəsində bir neçə qol fürsətini qaçırıblar.

Belçika 22-ci dəqiqəyə qədər 4 günc zərbəsi də yerinə yetirib. Fransa milliləri isə bu dəqiqələrə kimi arzulanan oyunu göstərə bilməyiblər. 

31-ci dəqiqədə Qrizmanın uzaqdan vurduğu top qapı tirinin üstündən keçib.

34-cü dəqiqədə isə Jiro fransızların ilk qoluna imza ata bilərdi. Lakin o, çox əlverişli fürsətdən yararlana bilməyib. Top qapı tirinin yanından keçib.

Uruqvaylı hakim oyunun ilk hissəyə 1 dəqiqə əlavə edib. Lakin hesab ilk hissədə açılmayıb.

51-ci dəqiqədə "Arsenal"lı Samuel İmutiti Fransanın qoluna imza atıb - 1-0.

Hakim oyunun əsas vaxtına 6 dəqiqə əlavə etsə də, Belçika yığması hesaba tarazlıq gətirə bilməyib. Və oyun bu hesabla başa çatıb - 1:0.

Qeyd edək ki, Fransanın finaldakı rəqibi İngiltərə-Xorvatiya oyununun qalibi olacaq.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR