Şriftin ölçüsü / 169 dəfə oxunub

Masallıda qadın, oğlu və qardaşı oğlu göldə batıb - TƏFƏRRÜAT

10 Iyul 2018 [21:55]
Masallı rayonunda baş verən faciənin bəzi təfərrüatları məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə axşam saat 15 radələrində baş verib.

Bakıdan doğulduğu Miyənkü kəndinə istirahətə gedən 37 yaşlı Kərimova Vüsalə Sabir qızı 11 yaşlı oğlu Kərimov Elmar İlqar oğlu və 9 yaşlı qardaşı oğlu Zamanov Hüseyn Şəmkir oğlu ilə birlikdə kəndin kənarında moruq dərməyə gedib. Başı moruq yığmağa qarışan ana uşaqları nəzarətsiz qoyub. Gölə girən uşaqlar batmağa başlayanda qadının kənarda oturan qızı anasına xəbər verib. Uşaqları xilas etmək üçün özünü gölə atan ana da suda batıb. Azyaşlı qız kəndə qaçaraq köməyə adam çağırıb. Lakin bir saat sonra hadisə yerinə gələnlər boğulanlara heç bir kömək edə bilməyiblər. Göldə axtarış aparan FHN-in dalğıcları batmış meyitləri iki saatdan sonra sudan çıxarıblar.


SON XƏBƏRLƏR